Təbriz, Ərdəbil və digər şəhərlərdə Azərbaycan Respublikasına dəstək posterləri yayılıb.
Azərbaycan Prezidentinin fotoları Güney Azərbaycan şəhərlərində müxtəlif yerlərə vurulub. Fotoların üzərində isə bu sözlər yazılıb:
"Cənab Prezident, Türk gəncliyi Sizin mesajınızı alıbdır.
Azərbaycan dövləti öz dövlətimiz, Azərbaycan Prezidenti öz prezidentimiz.
Biz hər zaman Güney gəncliyi olaraq Azərbaycan cəbhəsindəyik.
Vətənimizin o tayı, bu tayı yoxdur!
Biz böyük Azərbaycanıq!"