Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Paytaxtda minə yaxın bina söküləcək” - Bakı meri


Paytaxtda istismar müddəti başa çatan 9 mərtəbəyə qədər olan binalar və fərdi yaşayış evləri söküləcək.

Bu barədə “XəzərXəbər”ə  müsahibəsində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov  bildirib.

Onun sözlərinə görə, paytaxtda hər ikinci sakin SSRİ vaxtı tikilmiş, tipik çoxmənzilli binalarda yaşayır. Ona görə də Bakıda köhnə binalar sökülüb əvəzində yeniləri inşa ediləcək. Söküntü sovet dövründə tikilmiş bütün yaşayış binalarına şamil olunacaq. Söküləcək binalar beşmərtəbəli və doqquzmərtəbəlilərdir.

Şəhər meri qeyd edib ki, həmin binalarda yaşayan sakinlər isə mərhələli  şəkildə köçürüləcəklər.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10