Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“COVİD-19 xəstəliyi ilə mübarizə zəmnində gənclər və gənclər vasitəsilə əhali arasında sağlam həyat tərzinin təbliği” layihəsi


Cənub bölgəsində “COVİD-19 xəstəliyi ilə mübarizə zəmnində gənclər və gənclər vasitəsilə əhali arasında sağlam həyat tərzinin təbliği” adlı layihənin həyata keçirilməsinə başlanıldı

Lənkəranda yerləşən “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən cənub bölgəsində “COVİD-19 xəstəliyi ilə mübarizə zəmnində gənclər və gənclər vasitəsilə əhali arasında sağlam həyat tərzinin təbliği” adlı layihənin həyata keçirilməsinə başlanılmışdır. Layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin 5826,40 (beş min səkkiz yüz iyirmi altı manat qırx qəpik) manatlıq maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məqsədi COVİD-19 xəstəliyi ilə mübarizə zəmnində gəncləri və gənclər vasitəsilə ictimaiyyəti məlumatlandırmaq, onları zəruri gigiyenik vasitələr və tibbi ləvazimatlarla, habelə maarifləndirici materiallarla təmin etmək və ictimai yerlərdə sağlam həyat tərzini geniş şəkildə təbliğ etməkdən ibarətdir. 

Layihənin müddəti 3 ay olmaqla, 12 sentyabr – 12 dekabr 2022-ci il tarixlərini əhatə edəcəkdir. COVİD-19 pandemiyası ilə mübarizədə əhali arasında sağlam həyat tərzinin təbliğini özündə ehtiva edən layihə çərçivəsində yerli Gənclər və İdman İdarələrinin dəstəyi ilə cari ilin 1 noyabr tarixində Lənkəran, 3 noyabr tarixində Cəlilabad, 14 noyabr tarixində Masallı, 15 noyabr tarixində isə Astara rayonunda hər bir rayon üzrə 4 nəfər 18-29 yaşarası gənc olmaqla, ümumilikdə 12 nəfər könüllü gənc vasitəsilə Lənkəran, Cəlilabad, Masallı və Astara rayonlarındakı ictimai yerlərdə sakinlərə aidiyyəti bukletlər paylanılmaqla, əhali arasında geniş maarifləndirmə və məlumatlandırma işləri həyata keçiriləcəkdir. 

Layihədə könüllü fəaliyyət göstərən ümumilikdə 12 nəfər gənc (hər bir rayon üzrə 3 nəfər) yekunda təşkilat tərəfindən müvafiq sertifikatlarla təltif olunacaqdır. Məlumat üçün bildirək ki, Lənkəran, Cəlilabad, Masallı və Astara rayonlarında layihə çərçivəsində könüllü kimi iştirak etmək istəyən yerli gənclər MAGİYA ictimai birliyinə e-mail vasitəsilə ([email protected]) müraciət edə bilər.

MAGİYA ictimai birliyinin Mətbuat Katibliyi

(0 51) 814 44 42, [email protected], www.epsaya.az, Elvin Orucov

Lənkəran şəhəri, Heydər Əliyev prospekti 3, AZ 4200






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10