Astara rayonunda - Şüvi inzibati ərazi vahidinin Səlivə kəndində 1,7 hektar torpaq sahəsi satılır.
Ərazi dağ ətəyi sahədə yerləşir, aşağısında kiçik çay axır. Ərazinin içində balıq saxlamaq üçün mini göl var.
Torpaq sahəsində yüzlərlə subtropik kolları, meyvə və meşə ağacları var
Belə ki, həyətdə
300-ə yaxın mandarin,
40-a yaxın limon,
100-ə yaxın feyxoa,
30-a yaxın alma,
10 ədəd armud,
50-ə yaxın əzgil,
bir neçə fındıq, heyva,
eləcə də 100-ə yaxın meşə ağacları göz oxşayır.
Bu ərazidə 20 sotdan artıq boş torpaq sahəsi də var.
Satılan torpaq sahəsində biri 9 metr, digəri 3 metr dərinlikdə olan içməli su quyusu, eləcə də qədim üslubda tikilmiş bir ev və tövlə var.
Ərazinin yaxınlığındakı dağda qızılgöz çiçəyindən , itburnudan, kəkotudan tutmuş, onlarla dərman bitkiləri mövcuddur.
Bu ərazinin qərb tərəfi dağlarla əhatə olunub, şərq tərəfindən isə uzaqdan da olsa dəniz görünür. Havası olduqca safdır. Dağ ətəyində yerləşir.
Buradan Astaranın Kİşəbə qəsəbəsinə 6 kim, həmin qəsəbədən isə yeni çəkilmiş Ələt-Astara yoluna 5 kilometrlik məsafədir.
Satılan torpaq sahəsindən kəndin mərkəzinə qədər 800 metr məsafə nahamar, yolun qalan hissəsi isə asfaltdır.
Mütəxəssislər ərazini sanatoriya tikmək üçün çox əlverişli hesab edir.
Əlaqə: 0 50 322 75 23