"Biz hər zaman demişik ki, Ermənistan müstəqil deyil, rusun əlində bir oyuncaqdır, rus imkan vermir ki, Ermənistan bizimlə barışsın. İllərdir bunları demişik. İndi nə üçün təəccüblənirik ki, Ermənistanın Rusiyanın təsirinin altına düşməyinə."
Bu sözləri Sevinc Telmanqızının aparıcılığı ilə "Tv Müsavat"ın efirində yayımlanan "Canlı Debat" verilişində millət vəkili Erkin Qədirli deyib.
"Mən əslində Ermənistanın Qərbə doğru yaxınlaşması fikri ilə də razı deyiləm. Əksinə, bu bölgədə Qərbə ən yaxın ölkə elə Azərbaycandır" , - deyə E.Qədirli qeyd edib.
Verilişdən həmin hissəni təqdim edirik:
Musavat.com