Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azyaşlı qızlara meyl edən qocalar: Azərbaycanda seksual qısnama halları niyə artıb?


Azərbaycanda on altı yaşadək şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə yeni cəzalar müəyyənləşir. 

Bildirilir ki, Cinayət Məcəlləsinin 152-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsinə dəyişiklik təklif olunur.Dəyişikliklə on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. 

Аzyaşlılara qarşı törədiən cinsi qısnama halları artmaqdadır.

Mövzu ilə bağlı saytımıza danışan psixoloq Azad İsazadə bildirib ki, bu halların artmasının səbəbi cinayətkarın cəza almayacağını düşünməsidir: “Hazırda dünyada uşaq porn sənayəsi formalaşmaqdadır. Bununla çox cidi mübarizə aparılır və aparılmalıdır. İlk növbədə uşağa qarşı əxlaqsız hərəkətlər nümayiş etdirən şəxs ümid edir ki, o, təhlükəsiz vəziyyətdədir, ona heç nə olamayacaq, özbaşınalıqdır. Şərq ölkələrində manyaklara daha çox rast gəlinir. Onlar düşünürlər ki, heç nə olan deyil, heç kim uşağa inanmayacaq. Belə hallar bəzən tam seksual kontaktla bitmir. Bəzən sadəcə seksə yaxın oyunlardan ibarət olur. Onlar düşünürlər ki, uşaqlar bunu başa düşməyəcəklər, başa düşsələr də kiməsə danışsalar heç kim onlara inanmayacaq. Bununla bağlı profilaktik işlər aparılmalıdır. Uşaqlara ciddi nəzarət olunmalıdır ki, bu kiminlə qalır, nə ilə məşğul olur. Uşağa təcavüz halına görə, hüquq baxımından çox ağır və ciddi cəzalar var. Oğru dünyasında da bu hal çox ciddi cinayət sayılır. Oğru dünyasında belədir ki, bu maddə ilə yatan insanlar çox və çox ağır rəftarla qarşılaşırlar. Ancaq bu əməli törədən insanlar elə bilirlər ki, heç nə olmayacaq, heç kim bilməyəcək. Düşünürlər ki, atacaqlar uşağın boynuna ki, özü bunları edib və sairə. Həmin manyakların beyinlərində dərin proeslər gedir. Manyaklıq təfəkkürünə görə, elə bilirlər ki, elədiklərini uşaq başa düşməyəcək, onların uşağa nə elədiklərini bilməyəcək, heç kim uşaqlara inanmayacaq. Düşünürlər ki, “mən boyda kişi, mən boyda ağsaqqal bunu edər?” deməklə xilas ola biləcəklər. Hətta zərərçəkəni utandıracaqlar ki, “ayıb deyilmi sən mənə böhtan atırsan” və sairə. Təəssüf ki, bəzən valideynlər də, öz uşaqlarının yerinə həmin cinayətkarlara inanırlar. Onlar cəza almayacaqlarını düşündükləri üçün bu addımı atırlar.” 

Nəzrin CAVADZADƏ /“Yeni Sabah”






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10