Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yazıçıların qurultayında düşən davanın videosu yayıldı


Yazıçı Anarın Azərbaycan Yazıçılar Birliyinin XIII qurulyatında yenidən birliyin sədri seçilməsi davaya səbəb olub. 

Gənc yazarlar Anara etiraz ediblər. Onlar uzun müddət bu postu tutan Anarın yenidən sədr seçilməsinin ədalətli olmadığını deyiblər.

Davaya səbəb şairlər Emil Rasimoğlu və Fuad Cəfərlinin AYB sədrliyinə namizədliyinin səsə qoyulmaması olub.

Sədarət onların namizədliyinin səsə qoyulmamasını qurultay iştirakçılarının Anarı dəstəkləməsi ilə izah edib. Bu isə gənclərin etirazı ilə qarşılanıb. Onlar seçkinin düzgün keçirilmədiyini və nəticələrin qanunsuz olduğunu bildiriblər. 

Bakupost.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10