2 gün öncə Masallı rayonunda məktəbli qız – Məleykə Məmmədova itkin düşüb. Bu barədə ilk məlumatı unikal.az saytı yayıb. Xəbərin izi ilə araşdırma apardıq. Masallı Rayon Təhsil Bölməsinin müdiri Qoşqar Hətəmov bildirdi ki, Məleykə Rəhim qızı Məmmədova Masallı şəhər 5 saylı məktəbinin 11-ci sinif şagirdidir. 24 oktyabr 2022-ci ildə şəxsiyyət vəsiqəsini götürərək evdən çıxıb. Sonradan onunla telefon əlaqəsi saxladıqda bəlli olub ki, qız Bakıda əmisi oğlu və əmisi qızının yanındadır. Məktəbin direktoru Cəsarət Həmidov da bizimlə telefon söhbətində bildirdi ki, bir qədər əvvəl qızın anası və özü ilə danışdım. Qız bildirdi ki, ailədə kiçik narazılıq olduğu üçün evdən getmişdim. Bu gün axşam evə qayıdacağam. Başqa bir narahatçılığa səbəb yoxdur
Cenub.az. Zahir Əmənov.
Onunla birlikdə həmin məktəbin başqa bir şagirdi – Nərmin adlı qız da qaçıb.