Cenub.az bildirir ki, bu gün, 25 oktyabr 2022-ci ildə, gündüz saat 12 radələrində Masallı rayonunun Xıl kənd sakini Fərzəliyev Orxan Şəkərəli oğlu evvələrindən təxminən 500 metr aralıda olan qoyun damında özünü asıb.
21 yaşlı Orxanın psixi qüsurları olduğu bildirilir. Hətta buna görə hərbi xidmətə də aparılmayıb.
Onlar ailədə 4 övlad olublar. 2 bacısı ailə həyatı qurub. İntihar edən gənc hazırda atası və böyük qardaşı ilə birlikdə qalırmış. Atası ailə münaqişəsinə görə həyat yoldaşından ayrı yaşayırmış.
Atasını verdiyi məlumata görə Orxan səhər tezdən qoyun otarmağa gedib. Atası nahar vaxtı oğlunu evə gətirməyə gedəndə Orxanın qoyun damında özünü asdığını görüb.
Orxanın meyiti hazırda Masallı Mərkəzi Xəstəxanasında müayinə edilir.
Cenub.az. Zahir Əmənov