Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qubadlının azad edilməsindən iki il ötür


Həmin gün daha 16 kənd azad edilmişdi

Bu gün Qubadlı şəhərinin Ermənistanın işğalından azad edilməsindən iki il keçir. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsinin 25 oktyabr tarixində Qubadlı şəhəri ilə yanaşı, digər rayonlar üzrə də bir sıra məntəqələri işğaldan təmizləyib.

Həmin tarixdə Zəngilanın Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri, Cəbrayılın Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu kəndləri işğaldan azad olunub.

Qubadlı rayonu üzrə Qubadlı şəhərindən əlavə digər kəndlərdə də erməni işğalına son qoyulub.

Belə ki, ordumuz Qubadlının Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndlərini öz əsl sahibinə - Azərbaycana qaytarmağa nail olub.

Bildirək ki, qələbə xəbərlərini Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində çatdırıb.

Müəllif: Ayna.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10