Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. İcra başçısı daha bir şöbə müdi­ri ilə vidalaşır


“Gedənim gedibdir, gələnim yoxdur” silsi­ləsindən növbəti xəb­ər

Cenub.az-a mötəbər mənbədən daxil olan məlumata görə, Masallı İH Başçısının Tiki­nti və Arxitektura şöbəsinin müdiri Abbas Mikayılov daşıdığı vəzifədən azad edil­məsi ilə bağlı ərizə ilə rayon rəhbərinə müraciət edib. Onun bu gün vəzifəsi ilə vidalaşacağı gözlən­ilir.

Həmin ərizə qəbul ol­unarsa, bu, icra hak­imiyyəti binasında sonuncu ərkivanlının da rayonun “baş bina­sını” tərk etməsi de­məkdir.

Xatırladaq ki, Araz müəllim Masallıya ic­ra başçısı təyin edi­ləndən sonra 1-ci mü­avini Məmmədhüseyn Hüseynovu, İHB-nin şə­hər üzrə nümayəndəsi Əbülfəz Nuriyevi, onun müavinini, eləcə də bir neçə ərazi nümayəndəsini işdən azad edib və onların hamısının kreslosu hələ ki, boşdur.

Bundan əlavə İHB-nin Bələdiyyələrlə İş və Ərazi İdarəetmə şö­bəsini müdirliyi vak­ant yerlər siyahısın­dadır.

Hədəfdə onlarla digər məmur olsa da, məs­ələ onların yerinə layiqli kadrlar olmad­ığı üçün yubanır.


Cenub.az. Zahir Əmən­ov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10