Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

SON DƏQİQƏ! ABŞ-ın elit qüvvəsi Ukrayna sərhədində - Böyük münaqişəyə hazırlıq


ABŞ Ukrayna sərhədinin sıfır nöqtəsində mühüm hərbi addım atıb.

Cenub.az xarici mediaya istinadən xəbər verir ki, “Qışqıran Qartallar” kimi tanınan ABŞ ordusunun elit 101-ci hava-desant diviziyası Rumıniyada - Ukrayna sərhədinin 5 kilometrliyində həqiqi sursatla təlimlərə başlayıb.

Amerika hərbi mənbələri bildirirlər ki, Ukraynada müharibənin genişlənəcəyi və NATO ölkələrini təhdid edəcəyi halda, 101-ci hava-desant piyada diviziyası təqribən 4700 əsgərdən ibarət fövqəladə cavab qüvvəsi kimi hərəkətə keçəcək.

Bildirilir ki, ABŞ 80 ildə ilk dəfə olaraq Kentukki ştatındakı Fort Kempbell bazasında yerləşən diviziyadan Avropaya qoşun yeridib.

1660539684_700x390.jpg (59 KB)

“Black Hawk” döyüş helikopteri ilə təlim bölgəsini gəzən amerikalı komandir general Con Lubas mətbuata açıqlamasında deyib:

“NATO üzvü olan ölkələrin hər qarış torpağını müdafiə etmək üçün buradayıq. Bizim briqada təkcə piyada komandolarından ibarət deyil. Kifayət qədər zirehli texnikamız və döyüş təyyarələrimiz var. Bizim diviziyamızın ən mühüm xüsusiyyəti odur ki, bir-iki saatlıq qısa müddətdə böyük münaqişəyə girməyə hazırdır. Bizim hazırlıq səviyyəmiz çox yüksəkdir".

Amerikalı general Ukraynanın Rumıniya ilə sərhəd bölgəsində keçirilən təlimdə əvvəlki illərdə olduğu kimi boş güllələrdən deyil, həqiqi güllələrdən istifadə edildiyini vurğulayıb.

Rumıniyadan ABŞ ilə birgə təlimə qatılan əsgərlərin komandiri, general Lulian Berdila Amerikanın elit qüvvələri ilə təlim keçməyin vacibliyini ifadə edib.

WhatsApp Image 2022-10-23 at 09.59.59.jpeg (84 KB)

ABŞ-ın təlimlərinin davam etdiyi bir vaxtda Rusiya ordusu oktyabrın 10-dan bəri Ukrayna infrastrukturuna ən ağır hücumlardan birini həyata keçirib.

Hücumlarda, əsasən, qanadlı raketlərdən istifadə edilib. Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, ötən gecə Rusiya 36 raket atıb və onların əksəriyyəti məhv edilib. Rusiya “Kalibar” raketləri ilə Odessa, Hmelnitsk, Ternopol, Lvov, Kirovoqrad və Mikolayev vilayətlərini vurub. Hücumlar nəticəsində 1 milyondan çox ev işıqsız qalıb.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ağır raket hücumundan sonra bir daha Qərbə səslənib: "Hava məkanımızı etibarlı şəkildə müdafiə edə bilməyimiz üçün ən qısa zamanda qabaqcıl müdafiə silahlarını göndərin".

Nigar Cəfərli,
Musavat.com







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10