Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lerikdə maşın 80-100 metrlikdən dərəyə aşdı


Lerikdə avtomobil dərəyə aşıb.

Cenub.az APA-ya istinadla xəbər verir  ki, hadisə gecə saatlarında Lənkəran-Lerik yolunun 28 km baş verib.

Lənkəran şəhər sakini, 1992-ci il təvəllüdlü Hüseyn Ataxan oğlu Məmmədli idarə etdiyi "Opel Astra" markalı avtomobillə təqribən 80-100 metr hündürlükdən dərəyə yuvarlanıb.

Hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin xüsusi riskli xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilərin köməyi ilə sürücü deformasiyaya uğrayan avtomobilin içərisindən çıxarılaraq, Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Sürücü Lerik rayonuna, kəndlərin birinə dərman çatdırmalı idi. İlkin versiyaya görə, yolun dumanlı, yağışlı olması avtomobilin sürüşərək dərəyə düşməsinə səbəb olub.

Faktla bağlı araşdırma apar






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10