Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallılı 14 yaşlı qız Ümumdünya Şahmat Olimpiadasının qızıl medalını qazanıb


Masallı rayonundan olan Nərmin Abdinova Naxçıvan şəhərində keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının qızıl medalına sahiblənib.

 

Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE), Azərbaycan Şahmat Federasiyası və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən olimpiadada 23 ölkədən 34 komanda tərkibində 200-ə yaxın şahmatçı mübarizə aparıb.

 

Naxçıvan Şahmat Mərkəzində keçirilən bu mötəbər yarışın (1-11 oktyabr) iştirakçıları arasında 50 titullu şahmatçı yer alıb. İsveçrə sistemi ilə keçirilən olimpiada 9 turdan ibarət olub.

 

Məlumat üçün bildirək ki, “Azərbaycan - 1” yığması tərkibində FİDE-16 Ümumdünya Şahmat Olimpiadasının (komanda üçüncü yer, dördüncü stolda qızıl medal) qızıl medalçısı Nərmin Yusif qızı Abdinova Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. Bakı şəhər 308 saylı tam orta məktəbində təhsil alır. Nərmin bu vaxtacan bir sıra idman uğurlarına nail olub. Müxtəlif vaxtlarda Bakı şəhər (2018, 2019) və Azərbaycan (2018, 2019, 2021, 2022) birinciliklərinin qalibi, 14 yaşadək qızlar arasında Avropa çempionatının (2021) birincisi, dünya çempionatının (2022) beşincisi, bu il Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində MDB ölkələri arasında dünya çempionu Mixail Botvinnik kuboku uğrunda keçirilən şahmat yarışında Azərbaycan yığması tərkibində gümüş medal mükafatçısı olub.

 

Akif AĞAYEV,

Azərbaycan İdman Jurnalistləri Asssosiasiyasının üzvü.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10