Təhsil Nazirliyinin elektron resurslarından istifadə edənlərin sayı 800-dən 3 minə nəfərə yüksəldi
Bu ilin əvvəlində Təhsil Nazirliyi “Təhsildə inkişaf və innovasiyalar üzrə” 2-ci qrant müsabiqəsi elan etmişdi. Bu müsabiqənin qaliblərindən biri Masallı rayon Türkoba tam orta məktəbinin təyinatla gəlmiş fizika müəllimi Şəhriyar Məmmədov olmuşdur.
Təhsil Nazirliyinin elan etdiyi “Harada internet varsa, orada elektron dərsliklər də var” adlı layihənin icrası dövrüündə o, nələr reallaşdırıldı? Layihənin rəhbəri Ş. Məmmədov bu barədə bizə aşağıdakıları bildirdi
- Biz bu layihə çərçivəsində Masallının 25 ümumtəhsil məktəbində şagird və müəllimlərlə görüşüb Təhsil Nazirliyinin fəaliyyətdə olan aşağıdakı elektron resursları olan “ e-derslik.edu.az”, “ e-test.edu.az”.,”musabiqe.edu.az” və “ video.edu.az” —saytlar haqqında onları məlumatlandırdıq. Onlara izah etdik ki, artıq 21-ci əsrdə kopmüter əsri adlanan dövrdə insanların internet resurslardan necə istifadə etməsinin detallarını araşdırdıq. Layihəmizin əhatə dairəsində olanlara bu barədə video çarxlar təqdim etdik, Bukletlər payladıq, praktiki məşğələlər keçdik, nümunələr göstərdik. Yüzlərlə müəllim və şagirdlərin suallarını cavablandırdıq. Bu təlimlər nəticəsində həmin müəllim və şagirdlər çətinliklə əldə etdiyi kitabların elektron variantlarını çox asanlıqla, vəsait sərv etmədən bu saytlar vasitəsi ilə əldə etmək imkanı qazandı.
Bir məlumatı xüsusi ilə vurğulamaq istəyirəm ki, layihəmizə start veriləndə Masallıda elektron dərslikdən istifadə edənlər 800-ə yaxın idisə, yekunda bu, 3 dəfədən də çox artaraq 3 minə yaxın oldu. Yəqin ki, hazırda daha da çox olub və yüksələn xətlə davam edəcək.
Arzu ƏLİYEVA