Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

2023-cü ildə ziyarət üçün ən təhlükəli və ən təhlükəsiz ölkələr hansılardır? - SİYAHI...


"Ən təhlükəsiz ölkələr qanunun aliliyini qoruyub saxlayan ölkələrdir..."
 
"Fövqəladə təhlükəli olan ölkələr Ukrayna, Pakistan, Liviya, Suriya, Somali, Yəmən, Əfqanıstan, MAR, Burkina-Fasodur..."
 
"Ən təhlükəsiz ölkələr Almaniya, Polşa, Norveç, İrlandiya, Litva, Latviya, Estoniya, Yaponiya və Kanadadır..."
 
"Tailand, Hindistan və Türkiyə mülayim riskli ölkələrdir..."
 
2023-cü il üçün qlobal rusklərin qiymətləndirilməsi haqqında hesabatda ölkələr onları ziyarət etmək riskinə uyğun olaraq təsnif edilib.
 
Bu barədə "The İndependent" nəşri yazıb.
 
Bu günlərdə "Global Guardian" şirkəti tərəfindən qlobal risklərin qiymətləndirilməsi barədə dərc edilən hesabatı səyahətçilərə 2023-cü ildə ziyarət üçün ən təhlükəli ölkələr barədə təsəvvür yaradır. 
 
Hesabata rəngli interaktiv xəritə əlavə edilib, burada risklər reytinqi və münaqişələr zonaları qeyd edilib. Bundan başqa, xəritədə geosiyasi gərginlik olan regionlar göstərilib, eskalasiya şansları və onların mümkün nəticələri dəyərləndirilib. 
 
Hesabatda cəmi 5 təhlükə təsnifatı var: ekstremal, yüksək, orta, mülayim və aşağı.
 
Populyar, amma təhlükəli ölkələr
 
Yeni hesabata görə, "fövqəladə təhlükəli" ölkələr xəritədə tünd-qırmızı rəngdə göstərilib. Bunlar Ukrayna, Pakistan, Liviya, Suriya, Somali, Yəmən, Əfqanıstan, Mərkəzi Afrika Respublikası və Qərbi Afrikada Burkina-Fasodur.
 
Bəzi populyar turistik istiqamətlərin mülayim riskli ölkə kimi göstərilməsi qeyri-adi təsir bağışlayır. Bunların arasında Tailand, Hindistan bə Türkiyə də var, bu da yerli cinayətkarlığın kifayət qədər yüksək olması ilə bağlıdır.
 
Səhahətçilər arasında populyar  sayılan Meksika populyar turistik rayonlarında kartellərin iştirakı ilə zorakılıq hallarının geniş yayılması səbəbindən "yüksək" riskli hesab edilib.
 
Hesabatda hal-hazırda aktiv münaqişələr baş verən, cinayətkarlığın səviyyəsi yüksək olan və ya mülki iğtişaşlar riski olan ölkələr "son dərəcə təhlükəli" kimi qeyd edilib. 
 
Bu reytinq həm də bu ölkələrin dövlət strukturlarının yaraqlılar qruplaşmalarını və ya irimiqyaslı təbii fəlakətin qarşısını almaq imkanları yoxdur.
 
"Son dərəvə təhlükəli" ölkələrdən Ukrayna göstərilib. Hesabatda deyilir ki, "Rusiyanın Ukraynaya hərbi müdaxiləsi dünyada inflyasiyanın yüksək olduğu şəraitdə enerjidaşıyıcılarının qiymətinin kəskin artmasına gətirib çıxarıb. Avropanın energetika təhlükəsizliyinə böyük təhlükə yaranıb. Ukrayna və Rusiyanın payına dünyada ərzaq malları və metalların ixracının böyük hissəsi düşür, ona görə də bundan sonra da tədarüklər zəncirinin pozulması  Avropada tədarüklərə və ərzaq məhsullarının istehsalına neqativ təsir göstərəcək".
 
Ən təhlükəsiz ölkələr
 
Hesabatda interaktiv xəritədə "aşağı riskli" ölkələr yaşıl rəngdə göstərilib. Ən təhlükəsiz ölkələr Almaniya, Polşa, Norveç, İrlandiya, Litva, Estoniya, Yaponiya və Kanadadır. Bu ölkələrdə vəziyyət daha sabitdir.
 
"Bi ölkələr qanunun aliliyini qoruyub saxlayır və daxili təhlükəsizlik üçün təhlükələrinin qarşısını almaq qabiliyyətinə malikdir", - hesabatda deyilir.
 
Bu mənada ötən ilin iyul ayında həm yaşamaq, həm də turistlər üçün ən təhlükəsizlik ölkələrdən birinci yerə İrlandıya çıxıb. Onun ardınca Yeni Zelandiya, Danimarka və Avstriya gəlir.
 
İsrail, İran və Misir kimi ölkələr "orta riskli", Suriya "ifrat riskli", İraq və Fələstin muxtariyyəti "yüksək riskli", Səudiyyə Ərəbistanı isə "mülayim riskli" kimi qeyd edilib./moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10