Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Mənzil alıb-satanlara şad xəbər - Yenilik/Video


"Mobil notariat" tətbiqinin imkanları genişləndirilib. Artıq daşınmaz əmlaka sərəncam verilmək, o cümlədən əmlakı almaq, satmaq, bağışlamaq, dəyişmək və ipotekaya qoymaq işlərini notariat ofislərinə getmədən həll etmək mümkün olacaq.

 Xaricdə yaşayan soydaşlarımızın notariat xidmətlərindən istifadə etmək üçün ölkəyə gəlmələrinə də ehtiyac qalmayacaq.

Artıq daşınmaz əmlaka sərəncam verilməsinə dair etibarnaməri "Mobil Notariat" tətbiqi vasitəsilə rəsmiləşdirmək mümkündür.

Tətbiqdəki yenilik vətəndaşlara olduğu yeri tərk etmədən, həftənin bütün günləri 24 saat ərzində notariat xidmətlərdən yararlanma imkanı yaradacaq. Bununla yanaşı xaricdə yaşayan soydaşlarımızın notariat xidmətlərindən istifadə etmək üçün ölkəyə gəlmələrinə ehtiyac qalmayacaq.

Həmçinin, "Mobil notariat" vasitəsilə vətəndaşlar nəqliyyat vasitələrinə dair etibarnamələri, vəkilə verilən etibarnamələri, sosial etibarnamələri, banklarda təmsilçilik ilə bağlı etibarnamələri, eləcə də yetkinlik yaşına çatmamış şəxslərin ölkə ərazisini tərk etməsi üçün valideynləri tərəfindən yazılan razılıq və etibarnamələrə xitam verilməsinə dair ərizələri elektron qaydada əldə edə bilərlər.

Xəzər TV






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10