Ukrayna nəhayət, səmanı bağlamalı və yaxşı texnika ilə təhlükəsizliyi təmin etməlidir
Ukraynada mövcud olan hava hücumundan müdafiə vasitələri hələ ki, bütün səmanı düşmən raketlərindən bağlamaq üçün kifayət etmir. Ölkənin ərazisi çox böyük olduğu üçün onu əhatə etməyə çoxlu sayda hava hücumundan müdafiə sistemlərinə ehtiyac var.
Yaxın gələcəkdə Ukraynanın IRIS-T hava hücumundan müdafiə sistemləri ala biləcəyini gözləyirik. Əhəmiyyətli məqam ondan ibarətdir ki, IRIS-T yenicə buraxılıb, ona görə də onları qəbul edən ilk ölkə Ukrayna olacaq. Yəni ki, bunlar o qədər yeni modellərdir ki, hələ heç kimdə yoxdur.
Birincisi, bir quraşdırma ola bilər, sonra daha iki və ümumiyyətlə, sistemlərin bir batareyası ötürülə bilər. Təəssüf ki, bir batareya ölkəmizin ehtiyac duyduğu qədər böyük ərazini əhatə edə bilmir. Amma biz gözləyəcəyik ki, Almaniya müdafiə sənayesi müəyyən sayda nümunələr istehsal edib Ukraynaya təhvil versin. Üstəlik, sistemlər üçün raketlərə ehtiyacımız var. Ehtimal etmək olar ki, bu məsələ beynəlxalq məkanlarda, xüsusən də “Ramşteyn” görüşündə müzakirə olunacaq.
Məsələn, NASAMS sistemlərində bizə kim kömək edə bilər? Axı bu qurğular hazırda dünyanın bir neçə ölkəsində xidmətdədir. Səhv etmirəmsə, təxminən 12 ölkə Ukraynaya bu hava hücumundan müdafiə sistemlərinin buraxılış qurğuları ilə kömək edə bilər. Xüsusilə, ABŞ, İspaniya, Avstraliya.
Yəni ki, müəyyən sayda bu sistemlərə malik olan ölkələr Ukraynanı müəyyən hissə ilə təmin edə bilərdi. Avstraliya artıq bizə zirehli texnika verib. Ola bilsin ki, onlar dəyərli və əslində istifadə olunmayandır, amma bizə lazım ola bilər.
Gələcəkdə Ukrayna da “Patriot” hava hücumundan müdafiə sistemləri alsa, yaxşı olardı. İndi söhbət ondan gedir ki, Ukrayna artıq IRIS-T və NASAMS hava hücumundan müdafiə sistemlərinin ötürülməsinə dair hökumətlərarası sazişlər bağlayıb. Amma təbii ki, biz bu sistemləri nəinki istismara verəcəyik, həm də onları Ukraynada artıq mövcud olan hava hücumundan müdafiə sistemləri ilə tamamlayacağıq: BUK M1 və S 300 zenit-raket kompleksləri.
Gələcəkdə Almaniyanın, həm Amerikanın, həm də Norveçin müdafiə sənayesi bizə kömək edəndə, köhnə raket sistemləri ən yeniləri ilə əvəz edəcəyik. Ukrayna nəhayət, səmanı bağlamalı və yaxşı texnika ilə təhlükəsizliyi təmin etməlidir. Üstəlik, təkcə sistemli hava hücumundan müdafiə deyil, həm də təyyarələrin olması yaxşı olardı.
Müəllif: Yuri İqnat - Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının nümayəndəsi
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur.
Müəllif: Ayna.az