Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

ABŞ kosmik gəmisi tarixdə ilk dəfə olaraq asteroidin istiqamətini dəyişə bildi...-VİDEO


NASA-nın kosmosa göndərdiyi "DART" kosmik gəmisi "Dimorfos" asteroidinin trayektoriyasını dəyişməyi bacarıb. Bu, bəşəriyyətin ilk dəfə olaraq səma cisminin hərəkətini dəyişdirə bilməsi hadisəsidir. 

Bu haqda  "Reuters"("Reyters") məlumat yayıb.
 
Hazırlanması yeddi il çəkmiş 330 milyon dollarlıq missiya həm də Yer kürəsinə potensial meteorit təsirinin qarşısını almaq üçün nəzərdə tutulmuş planetar müdafiə sisteminin dünyada ilk sınağı idi.
 
NASA-nın Vaşinqtonda təqdim etdiyi teleskopla müşahidənin nəticələri "DART"-ın əsas məqsədinə çatdığını təsdiqləyir: asteroid hərəkət istiqamətini dəyişib...
 
Son iki həftə ərzində aparılan astronomik ölçmələr göstərdi ki, "Dimorfos" onun ətrafında dövr etdiyi özündən beş dəfə böyük ana asteroid olan "Didimos"a daha yaxınlaşıb və orbital dövr ü32 dəqiqə qısalıb. Alimlər hesab edirdilər ki, "DART"ın zərbəsi Dimorfosun orbital yolunu ən azı 10 dəqiqə qısalda bilər, lakin 73 saniyəlik dəyişiklik də uğurlu sayılırdı. Buna görə də müsbət və ya mənfi iki dəqiqəlik bir xəta ilə yarım saatdan çox olan faktiki dəyişiklik gözləntiləri aşdı. "Reuters" yazır ki, "Dimorfos"un tərkibi yerdəyişmədə əlavə faktor ola bilər...
 
"Dimorfos" ölçüsündə olan asteroid bütün planet üçün təhlükə yaratmayacaqdı, lakin birbaşa toqquşma halında böyük bir şəhəri yerlə-yeksan edə bilərdi. Alimlərin fikrincə,  kiçik asteroidlər daha tez-tez görünür və  nəzəri olaraq yaxın gələcək üçün daha böyük təhlükə təşkil edir...
 
Xatırladaq ki, "DART" sentyabrın 27-də "Dimorfos"a çırpılıb.

 

Sultan Laçın/moderator az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10