Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallılı jurnalistin tələbə oğlu qəfildən dünyasını dəyişib


O, bir neçə il öncə rayon üzrə ən yüksək bal toplayaraq ali məktəbə daxil olmuşdu

Cenub.az bildirir ki, Masallı rayonunun 4 saylı (Digah) məktəbinin ədəbiyyat müəllimi, həm də rayonda jurnalist kimi tanınan Şahin Səmədlinin  19 yaşlı oğlu Şəhriyar Səmədli bu gün qəfildən dünyasının dəyişmişdir.

Şəhriyar Səmədli 2003-cü ildə Masallı şəhər 4 saylı tam orta məktəbini əla qiymətlərlə  bitirib və İqtisadiyyat Universitetinə daxil olmuşdur.

Şəhriyar həmin il Masallı rayonu üzrə ən yüksək - 685 bal toplamışdı. Prezident təqaüdçüsü idi.

Acı xəbər bu gün, oktyabrın 7-də yayılmışdır. İlkin məlumat odur ki, Şəhriyar Səmədli axşam yatıb, səhər oyanmamışdır. Məlumat dəqiqləşdirilir. Hələ ki, Şahin müəllimin telefonuna zəng çatmır.

Dəfn mərasiminin Şahin müəllimin ata yurdu Tatyan kəndində keçiriləcəyi gözlənilir.

Şəhriyar ailənin 3 övladından sonuncusu idi.

Allah rəhmət eləsin! Çox istedadlı bir gəncimizi itirdi.

Şahin qardaşımıza səbir diləyirik.

Zahir Əmənov. Cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10