Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür.
Şəhərin erməni işğalçılarından təmizlənməsi xəbərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bəyan edib.
Qeyd edək ki, Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub.
Bizim.Media