Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Üçüncü Dünya müharibəsi başlayıb – Rəsmi elan nə vaxt olacaq?


Müharibənin başlamasının konkret tarixi Ukraynanın müttəfiqləri Rusiyaya qarşı rəsmən müharibəyə girəndə müəyyənləşəcək

Son hadisələr Üçüncü Dünya müharibəsinin artıq getdiyinə şübhə yeri qoymur. Təbii ki, müharibənin başlanğıc tarixi hələ rəsmi olaraq müəyyən edilməyib. Tarixçilər həmin tarixi 2022-ci il fevralın 24-nə, Rusiyanın Ukraynaya genişmiqyaslı işğala başladığı günə və ya bəlkə də 2008-ci il avqustun 8-nə, Rusiyanın Gürcüstana hücum etdiyi günə təyin edə bilərlər. Əslində bu məsələ sırf siyasi xarakter daşıyır.

Tarixi faktlara nəzər salsanız, Ferdinandın öldürülməsinə qədər (1914-cü il iyunun 28-də Avstriya-Macarıstan taxt-tacının varisinin öldürülməsi – 20-ci əsrin ən səs-küylü hadisələrindən biri) artıq müharibə başlamışdı. Söhbət imperiyaların iştirak etdiyi bir çox müharibələrdən gedir. Lakin Birinci Dünya müharibəsinin başlaması Ferdinandın öldürülməsi tarixindən rəsmi başlama tarixi hesab olunur. Eyni şey əslində 1939-cu il sentyabrın 1-də ümumiyyətlə, başlamamış İkinci Dünya müharibəsinin başlanmasına da aiddir. Ona görə də hesab edirəm ki, Üçüncü Dünya müharibəsinin başlamasının konkret tarixi müttəfiqlərimiz Rusiyaya qarşı rəsmən müharibəyə girəndə müəyyənləşəcək.

İndi Ukrayna sivil dünyanın hərbi avanqardı rolunu oynayır. Rusiya öz diktator avtoritar rejimini qurmaq üçün bizə qarşı müharibə aparır. Yeri gəlmişkən, bu, bütün dünya müharibələrinin oxşarıdır. Axı çökmüş imperiyalar həmişə qisas almağa çalışırlar. Birinci və İkinci Dünya müharibələri zamanı da məhz belə olub. Və bu gün Rusiya imperiyası tipik davranış nümayiş etdirir.

Rusiya diktatoru Vladimir Putin bir daha bəyan edib ki, o, Sovet İttifaqının dağılmasını 20-ci əsrin ən böyük geosiyasi fəlakəti hesab edir. Ona görə də 2008-ci ildə Gürcüstana qarşı müharibə, 2014-cü ildə Ukraynaya qarşı müharibə, Qazaxıstan əməliyyatı və nəhayət, Ukraynaya qarşı genişmiqyaslı işğalçı müharibə... Bütün bunlar öz daxilində “böyük Rusiya imperiyası”nı bərpa etmək üçün qisas almaq cəhdləridir.

Bu dünya müharibəsinin mahiyyəti budur. Və Rusiya ilə müharibənin uzun sürəcəyi artıq aydındır. Bu, ancaq Putin rejiminin məhvindən sonra bitəcək.

Yəni ki, Rusiya imperiyasının uzun əsrlər boyu mövcud olduğu “xalqlar həbsxanası” formatında mövcudluğuna son qoymalıdır. Digər xalqlar Rusiya Federasiyasından ayrılmalı, müstəqillik və suverenlik elan etməlidirlər. Və yalnız Rusiyanın çöküşündən sonra müharibənin sonu gələcək.

Paralel olaraq qlobal formatlaşdırma davam edəcək - hərbi, iqtisadi, enerji və siyasi komponentləri özündə birləşdirən mürəkkəb proses. Bu, planetdəki demokratiyaların qələbəsi olacaq.

İndi hansı addımlara ehtiyac var? Ukrayna NATO-ya üzv olana qədər təhlükəsizlik zəmanəti almalıdır. Finlandiya və İsveç də statuslarını hələ dəqiqləşdirməyiblər, lakin onların artıq Alyansın təhlükəsizlik zəmanətləri ilə əhatə olunduğu bildirilib. Ona görə də hələlik NATO-nun Ukraynanın Alyansa daxil olması prosesinin başladığını açıqlaması kifayət edərdi. Bu arada, qərar üçün NATO-nun bir ildən sonrakı növbəti sammitini gözləməyə və ya indi fövqəladə sammitini gözləməyə ehtiyac yoxdur. Sadəcə ABŞ və ya Böyük Britaniya Ukraynaya nüvə təhlükəsizliyi təminatlarının verilməsi ilə bağlı rəsmi bəyanat verə bilər. Bu, Putinin nüvə silahından istifadəsinin qarşısını almaq üçün kifayət edəcək.

Müəllif: Mixail Samus – Hərbi ekspert

MƏNBƏ: UNİAN

Tərcümə AYNA-ya məxsusdur

Müəllif: Turan Abdulla






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10