Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İcra hakimiyyətinin büdcəsini çap etmək qanunidir, ya qanunsuz?


Bu günlərdə Cəİilabad İH-nin Cəlilabad İH-gov.az saytı rayonun 2022-ci il büdcəsinin detallarını əks etdirən məlumat paylaşmışdı. Həmin məlumat digər saytlar vasitəsi ilə də yayımlanmışdır.

Biz çalışdıq ki, digər rayon icra hakimiyyətlərinin büdcəsi haqqında da anoloji məlumatları əldə edib  paylaşaq. Öncə Masallı İcra hakimiyyətinə müraciət etdik. Lakin Masallı İH-dən bizə bildirdilər ki, həmin məlumatı yaymaq Satınalmalar haqqında Qanuna ziddir.

Doğrudanmı belədir? Ölkənin tanınmış iqtisadçılarından olan, uzun illər bu sahədə rəhbər işdə çalışan, həmin rayonun İcra başçısı Rafiq Cəlilov doğrudanmı bu qanundan xəbərsizdir, yaxud bu məlumat həqiqətən də qanunaz zidd deyil?

Düşünürük ki, bu paylaşma xoş niyyətdən, rəhbərliyin aşkarlığa diqqətindən irəli gəlib. Rəhbərlik bu paylaşma ilə göstərmək istəyib ki, bizim heç bir gizli işimiz yoxdur - bu büdcə, bu rəqəmlər. Necə deyərlər, belə ola həmişə.

Biz isə bütün hallarda izləyicilər üçün maraqlı olacağını nəzərə alıb həmin məlumatı diqqətinizə çatdırırıq.

Cenub.az. Zahir Əmənov

Cəlilabad  Rayon İcra Hakimiyyətinin 2022-ci il üzrə büdcəsi barədə məlumat


Cəlilabad rayonu özünü maliyyələşdirən rayonların siyahısına daxildir. 2022-ci il üzrə Cəlilabad RİH-nin büdcəsi 1 648 599 manat təşkil edir, onlardan 1 057 982 manat (əmək haqqı fondu büdcənin 64% həcmindədir) əmək haqqı və əmək    haqqından sosial ayırma məbləğidir.

 Büdcənin digər iqtisadi təsnifatı üzrə vəsaitləri – 

dəftərxana–mətbəə üzrə 8865 manat, 

yanacaq və sürtkü materialları üzrə 15979 manat, 

elektrik enerjisi və digər kommunal xidmətlər üzrə 35357 manat, 

mühafizə xərcləri üzrə 54423 manat, hərbiçilərə kirayə haqqı üzrə 135550 manat, 

inzibati bina və nəqliyyat vasitələrinin təmiri üzrə 10495 manat, 

ezamiyyə xərcləri üzrə 3000 manat, 

dəfn və digər müavinətlər üzrə 37382 manat, 

maşın və avadanlıqların inventarı üzrə 10726 manat

 və məhkəmə prosesi ilə bağlı isə 200 manat vəsait təşkil edir. 

Büdcənin 278 640 manatı isə maddi yardım vahid büdcə təsnifatı maddəsi üzrədir ki, onlardan da 208 986 manat məbləği 1060 nəfərə, yəni şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına, aztəminatlı ailələrə maddi yardım kimi verilmişdir.

Cari ildə sahibkarlardan dövlət büdcəsinə ödənilən vegilər və rüsumlardan artıq olan hissəsi, yəni 50%-i 332 700,0 manat məbləği Cəlilabad Rayon İcra Hakimiyyətinə rayonun abadlaşdırılmasına, maddi yardım və işçilərin mükafatlandırılmasına ayrılmışdır.

 Bu vəsaitdən 

166 119 manatı Cəlilabadda Zərifə Əliyeva küçəsində abad həyətin yaradılmasına, 

83 406 manat məbləği əmək haqqı fonduna əlavələr və  

83 175 manat məbləği isə maddi yardım kimi xərclənməsinə nəzərdə tutulmuşdur. 

Maddi yardım üçün ayrılmış vəsaitin 61 532 manatı 400 nəfərə, yəni şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına, aztəminatlı ailələrə maddi yardım kimi verilmişdir.

http://celilabad-ih.gov.az/






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10