Musaküçə dairəsindən Viləş çayı boyunca, İsgəndərli ərazisinin arxasından Ərkivan ərazisinin başlanğıcına kimi yeni yol çəkiləcək
Cenub.az-ın əldə etdiyi məlumata görə, Masallı şəhər mərkəzində nəqliyyatın yükünü-sıxlığını azaltmaq üçün rayonun “Musaküçə dairəsi” adlanan hissəsindən (Bakı-Astara yolunun Hüseynhacılı kəndindən Masallı şəhərinə çıxışından), Viləş çayının sol sahilindən, yeni Körpü çəkildikdən sonra isə sağ sahilindən başlayaraq, təxminən 5 kilometrə qədər uzunluğunda yol çəkilməsi planlaşdırılır. Həmin yolun əvvəlcə Ərkivan dairəsinə çıxacağı planlaşdırılsa da, bu ərazidə çoxlu yaşayış evlərinin və ticarət obyektlərinin olduğu nəzərə alınaraq, həmin yolun İsgəndərli adlanan ərazinin arxasından keçməklə, Ərkivan qəsəbəsinin başlanğıcındaklı “Ümidim sənsən” İb-nin ofisinin yanındakı köməkçi yoldan Masallı-Yardımlı yoluna birləşdirilməsi planlaşdırılır. Artıq ilkin layihələşdirilmə işlərinə başlanılıb.
Cenub.az bildirir ki, bu yolun çəkilməsində əsas məqsəd Bakı-Astara magistral yolundan Masallı şəhərinə gələn ağır yük maşınlarının şəhərə, xüsusən, sıxlıq olan bazar ətrafı yola girmədən hərəkətə davam etməsidir.
Layihə-smeta işləri başa çatdıqdan sonra daha detallı məlumat təqdim edəcəyik.