Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Müdirini zəhərləyib 423 min dollarını aparan qadın hakim qarşısında


Xəbər verdiyimiz kimi mənimsəmə cinayətində ittiham olunan Nelli Fabriçnayanın cinayət işi üzrə  Bakı Ağır Cinayətlər Məhkəməsində proses başlayıb.

İttiham aktına görə, Nelli Fabriçnaya iş üzrə zərərçəkmiş qismində tanınan Əfqan Zeynalovun baş direktoru olduğu şirkətlərin külli miqdarda pulunu mənimsəmə yolu ilə ələ keçirib.

İttihamda göstərilir ki, N.Fabriçnaya seyfdən ümumilikdə 423 min dollar pulu seyfdən götürərək mənimsəyib. O isə həmin pulların bir hissəsini şirkətin xadiməsi olan Mehriban Atakişiyeva adlı qadına kömək məqsədilə verib, bir hissəsini isə özünün keçmiş sevgilisi olan Raufa təqdim edib.

 

Gununsesi.info-nun araşdırması zamanı isə əsl həqiqət başqa cür olub.

Belə ki, Fabriçnaya ofisdə işləyən xadiməçi Mehriban Atakişiyeva ilə əlbir olaraq, Əfaqan Zeynalovu zəhərləyib.

İş adamının suyuna zəhərli maddə qatan bu iki qadın onun öləcəyini zənn edərək, seyfdəki pulları və başqa qiymətli əşyalarını aparıb.

Əfqan Zeynalovun zəhərlənməsi barədə ekspertiza rəyləri olsa da nədənsə istintaq bu məsələnin üstünə getməyib.

İstintaq müddətində azadlıqda qalan Fabriçnayaya anacq mənimsəmə ittihamı verilib.

Onu da bildirək ki, onun video və səs yazıları var ki, orada bu cinayətləri törətdiyini etiraf edib.

Onun həbsi isə yalnız məhkəmənin hazırlıq iclasında baş tutub.

Məsələ ilə bağlı geniş araşdırmanı yaxın günlərdə təqdim edəcəyik.

Onu da qeyd edək ki, Əfqan Zeynalov Birinci Qarabağ Müharibəsi veteranıdır.

44 Günlük Vətən savaşında isə orduya yardım kampaniyasında aktiv iştirak edib. Buna görə də Əfqan Zeynalova Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən müxtəlif təltiflər verilib.

Qeyd edək ki, Əfqan Zeynalovun hüquqlarını tanınmış vəkil İradə Cavadova müdafiə edir.

Gununsesi.info






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10