Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Əgər planeti masonlar idarə etsəydi, dünyada müharibələr olmazdı..." - MARAQLI


Masonlar kimdir və nəyə görə onlardan çəkinirlər?..
 
"Masonların başlıca məqsədi özlərinin dəyişilməsi və dünyanı yaxşılığa doğru dəyişməkdir..."
 
İlk mason cəmiyyətləri XVI-XVII əsrlərdə yaranmağa başlayıb. 
 
Bu barədə "rambler.ru" nəşri yazıb.
 
Əvvəlcə onların iştirakçıları tikinti ittifaqlarının üzvləri, daha sonra digər təhsilli adamlar olub.
 
Rəsmən yaranma tarixi Londonda Böyük Lojanın əsası qoyulan 1717-ci il hesab edilir. 
 
Təhlükəli sekta 
 
Katolik keşişlər masonları kafirlikdə və şeytana ibadət etməkdə ittiham edib.
 
Əslində isə masonlar özlərini Qüdsdə Solomon məbədini ucaldan tövrat inşaatçılarının davamçıları hesab edir.
 
Fransızcadan "franc maçon" ifadəsinin tərcüməsi "azad bənna" deməkdir və bütün fəlsəfə də bunun ətrafında qurulub.
 
Qəribə rəmzlər
 
Hər şeyi görən gözlər və başqa rəmzlər aydın deyil, ona görə də qorxuludur. 
 
Sübut kimi tez-tez hər şeyi görən gözün təsviri dollar əskinasında göstərilir.
 
Əslində isə bu rəmz Allahın üçlü təbiətini göstərir.
 
Masonlar istənilən dinə sitayiş edə bilər, lakin onlar vahid Allahın mahiyyətini - Kainatın Böyük Arxitektoru olduğunu qəbul edir.
 
Sirli ayinlər
 
Mason olmaq üçün təşəbbüs ayinini keçmək lazımdır.
 
Lakin bu zaman heç bir qanlı qurban vermək lazım deyil, hər şey söhbət formasında keçir və bunun gedişində insan öz dünyagörüşünü ortaya qoyur.
 
Namizədin gözünü bağlayırlar ki, kimin sual verdiyini bilməsin və cavabların mahiyyətinə diqqət yetirsin.
 
Dünya sui-qəsdi
 
Dünya sui-qəsdin ən populyar nəzəriyyələrdən biri ondan ibarətdir ki, dünyanı masonlar idarə edir.
 
Buna inanmaq olardı, lakin mason lojaları bir-birilə çox zəif əlaqədədir və təbii ki, vahid idarəetmə mərkəzinə malik deyil. 
 
Masonların başlıca məqsədi özlərinin dəyişilməsi və dünyanı yaxşılığa doğru dəyişməkdir.
 
Əgər onlar həqiqətən dünyanı idarə etsəydilər, dünyada müharibələr olmazdı.
 
Hər bir ölkədə özünün böyük lojası, bəzən bir neçə lojası var.
 
Bu zaman onların hamısı ümumi prinsiplərə riayət etmir. Belə ki, bəzi lojalara qadınları və ateistləri qəbul edilər.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10