Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Petrosyan: Əgər Bakı ilə razılaşma imzalamasaq…


Ermənistanı çətin və ağrılı qərarlar gözləyir. Həm Azərbaycan, həm də Türkiyə ilə müqavilələr imzalamalı olacağıq.

Bu fikri Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan ölkənin İctimai Televiziyaya müsahibəsində deyib.

“Bu, hamı üçün xoşagəlməzdir, lakin elə an gələcək ki, alternativ olmayacaq”, - Ter-Petrosyan bildirib.

Onun sözlərinə görə, əgər Bakı və Ankara ilə problemlər həll olunmasa, tezliklə Ermənistan dövlətçiliyinin mövcudluğu təhlükə altına düşəcək.

Petrosyan həmçinin bildirib ki, eyni zamanda, kimin belə ağır qərarlar verməsindən asılı olmayaraq, onu satqın adlandıracaqlar./Axar.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10