Masallı rayonunun Ərkivan qəsəbəsində (Abbaslı məhəlləsi) anadan olmuş. Burada orta təhsil, Bakıda Politexnik İnstitutunda ali təhsil almış, 35 il Bakı Trolleybus Parkında çilingərlikdən Parkın Baş direktoru vəzifəsinə qədər yüksəlmiş və 5 il həmin vəzifədə çalışmış Ağammədov Valeh Ağamməd oğlu 59 yaşında, uzun sürən xəstəlikdən sonra dünyasının dəyişmişdir. V. Ağammədov dünən Ərkivanda dəfn olunmuşdur. Mərhumun hüzr məclisi Bakı şəhərində olacaq.
Allah rəhmət eləsin!
Onu da xatırladaq ki, Masallının Türkoba kənd sakini Aydın Quliyev də həmin vaxtlar Bakıda 1 saylı Tramvay Parkının rəhbəri olub.
Cenub.az