Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bölgəmizdə neçə müavin yeri boşdur?(Gedənim gedibdir, gələnim yoxdur - silsiləsindən)


Cenub.az xəbər verir ki, son 1 ayda Lənkəran iqtisadi zonasına daxil rayonlarda 3 müavin yeri boşalıb.

Öncə Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının müavini Rəsilə Əliyeva orada baş verən məlum hadisələrlə bağlı vəzifəsi ilə vidalaşdı.

Daha sonra Masallı rayon icra hakimiyyəti başçısının 1-ci müavini Məmmədhüseyn Hüseynov çoxlarının “arzusunu” reallaşdıraraq - könüllü ərizə verərək qısa müddətli “xoşbəxtliyinə” vida dedi.

Nəhayət, bu gün Cəlilabad RİHB-nin ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Elnarə Həsənovanın neçə aylardır “gedəcək-gedəcək” xəbəri reallaşdı və o, daşıdığı vəzifədən azad edildi.

Bu vəzifələrin hamısı boşdur. Necə deyərlər, bölgədə müavin tapılmır.

Hazırda Lerik Rayon İcra hakimiyyəti Başçısının 1-ci müavini, 2 ay öncəyə qədər icra başçısının səlahiyyətlərini 1.4 ay yerinə yetirən Cəlil Baxşiyevin də başı üzərində “qara buludlar” çəkilməyib.

Ən maraqlısı isə Ağcabədi rayonundakı vəziyyətdir. Burada İcra başçısının 3 müavinin üçünün də yeri boşdur.

Dəqiq araşdırılsa, bəlkə daha bir  neçə boş, yaxud başı üstündə qara buludlar dolaşan müavin yerləri tapılar.

Qeyd: Keçmişdəki kimi yenə də “müavinini göstər, deyim, necə adamsan” ifadəsi qüvvədədir.

Lap unutmuşdum, bir humanitar müavin də var ki, ərizəsi hazırdır. Sadəcə rəhbərdən xahiş edib ki, 1 ay sonra qızımın toyun edim, “mayanı” çıxardım, vəzifəmlə vidalaşacam. Yəni, “tar-qavalla” getmək istəyir. Əliniz cibinizdə olsun.

cenub.az. Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10