Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. Deyirlər ki, İcra Başçısının 1-ci müavini Məmmədhüseyn Hüseynov da otağındakı “sənəd-mənədini”, şəxsi əşyalarını yığaraq vəzifəsi ilə vidalaşıb


Bilmirəm, nə məsələdir, Masallını tərk edən kimi, İcra hakimiyyətində kadr dəyişikliyi baş verir. 25 iyulda Bakıya gələn kimi, xəbər yayıldı ki, Şahin Məmmədovu (icra başçısını) vəzifəsindən azad ediblər.

Bu gün, sentyabrın 12-də Bakıya çatar-çatmaz xəbər yayıldı ki, İcra başçısının 1-ci müavini Məmmədhüseynovu işdən çıxarıblar.

Görəsən, gələn dəfə Bakıya gəlsəm, kim vəzifəsi ilə vidalaşacaq.

Həm də çox narahatam ki, Şahin Məmmədov kimi onun müavini M. Hüseynov da  heç vəzifəsinin dadın-tamın, (həm də “mayasın”) çıxartmamış o bina ilə vidalaşanda, yenə də bəzi hacılar qan-yaş tökəcək?

Hələ ki, 4-5 rəsmi şəxslə   telefon əlaqəsi saxladıq, hamısı məlumatı təsdiq etdi.

Cenub.az. Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10