Ukrayna hərbçiləri düşmənin 810-cu əlahiddə dəniz piyadaları briqadasının şəxsi heyətinin, demək olar ki, 85%-ni məhv edib.
"Ukrainskaya pravda" bu haqda Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadla məlumat yayıb.
“Müdafiə Qüvvələrinin Xerson istiqamətində həyata keçirdiyi uğurlu əməliyyatlardan sonra düşmən canlı qüvvədə xeyli itki verib. Əldə edilən məlumata görə, daimi dislokasiya məntəqəsi Sevastopol şəhərində olan 810-cu əlahiddə dəniz piyadaları briqadası şəxsi heyətinin, demək olar ki, 85%-ni itirib.
Qalan hərbçilərin mənəvi-psixoloji durumu son dərəcə aşağıdır, onlar döyüş bölgəsinə qayıtmaqdan kütləvi şəkildə imtina edirlər”- xəbərdə belə deyilir.
Xatırladaq ki, sentyabrın 11-də sutka ərzində Ukrayna Müdafiə Qüvvələri tərəfindən 20-dən çox yaşayış məntəqəsi azad edilib, onlar tam nəzarətə götürülüb və sabitləşdirmə tədbirləri həyata keçirilir.
Sultan Laçın