"Azərbaycan məktəblərində təxminən 3 mindən çox müəllim yeri boşdur".
Bu fikirləri Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, həm ötən il, həm də bu il üçün müəllimlərin işə qəbulu üzrə imtahanlarda təqdim olunan vakant yerlərdən bəziləri boş qalıb.
Nurlan İsmayılbəyli qeyd edib ki, tutulmayan vakant yerlər dərs saatları daha az olan və ucqar yerdəki məktəblərdədir:
“İl ərzində boş qalan yerlərə müddətli müqavilə ilə işə qəbul aparılacaq".
Bizim.Media