Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Astara gömrüyündə qeyri-rəsmi şəxslər||--||


Astara gömrüyündə qeyri-rəsmi şəxslər||--||

Bu barədə mətbuatda kifayət qədər yazılar gedib. Lakin heç vaxt Astara Gömrük İdarəsinin münasibətini öyrənmək mümkün olmayıb. Hər dəfə idarə ilə əlaqə saxlayanda deyiblər ki, Azərbaycan Gömrük Komitəsinin mətbuat xidmətinə müraciət edin. Gömrük Komitəsinin Mətbuat Xidməti isə münasibət bildirməkdən həmişə boyun qaçırdıb.

Mətləbdən bir az uzaq düşdük. Bu yaxınlarda həmin o gömrük idarəsi barəsində redaksiyamıza oxucu məktubu daxil olub. Məktubu bizə göndərən Astara rayonunun Şahağacı kənd sakini, keçmiş polis işçisi Fətulla Qurbanovdur. F.Qurbanov məktubu eyni zamanda ölkə Prezidentinə, Baş prokurora, Milli təhlükəsizlik nazirliyinə, Gömrük komitəsinə, �Azərsun Holdinq�in prezidentinə və s. ünvanlayıb. F.Qurbanov məktubda yazır:� Siz prezidentliyə seçilən gündən Azəırbaycan Respublikasının Konstitusiyasına, ən önəmlisi �Qurani-Kərimə� and içmisiniz. Ətrafınızdakı mənfi adamlar isə vəzifə başında qaldılar. Bu şəxslər öz vəzifə borcunu layıqincə yerinə yetirmirlər. Öz hərəkətləri ilə sizi əhali arasında nüfuzdan salırlar. Mən və ailə üzvlərim sizi dəstəkləyirik�. F.Qurbanov məktubunda sonra yazır ki, Astara Gömrük İdarəsində �Azərsun Holdinq�in işçisi Emin adlı şəxs meydan sulayır. Emin nə sərhəd, nə də gömrük işçisidir. Hətta gömrüyün ərazisinə girməyə səlahiyəti olmayan adamdır. Lakin o, Astaraçay üzərində olan körpünün üstündə duraraq İrandan qayıdan vətəndaşlarımızın yüklərini yoxlayır, gömrük işçilərinə göstəriş verir. Soruşanda da deyir: �Mən monopolistəm�.

Belə məlum olur ki, �Azərsun Holdinqin� prezidenti Abdolbari Goozal cənub bölgəsinin də prezidentidir. Onun qeyri-rəsmi təmsilçisi olduğu deyilən Emin adlı şəxs eyni zamanda yerli sakinlərdən dəyər-dəyməzinə torpaq sahələri alır. Onu da deyək ki, Abdolbari Goozalın Astarada çay fabriki, yükdaşıma məntəqəsi, yanacaqdoldurma məntəqəsi, yüz hektarlarla çay plantasiyaları və torpaqları var. İndi belə görünür ki, o, Astara buraxılış-keçid məntəqəsinə nəzarəti də ələ keçirib. Azərbaycana İrandan gələn yüklərin qanundan kənar rüsumunu onun adamları alır. Azərbaycan Respublikasının Prezidenti İ. Əliyevlə dodaq-dodağa öpüşən Abdolbari Goozalın adamları cənub bölgəsində at oynadırlar.

F.Qurbanov məktubunda həmçinin qeyd edir: �Mən 21 iyun 2010-cu il tarixdə saat 15-30-da İrandan qayıdarkən Astara gömrükxanasında Emin adlı bir şəxs mənim sumkamı yoxladı. İrandan gətirdiyim bir qutu yuyucu tozunu əlimdən alıb dedi ki, anbara vurulacaq. Səbəbini soruşanda isə mənə qarşı kobudluq etdi. Əslində Astara gömrükxanasını onun işciləri yox, özlərini müxtəlif adamların nümayəndəsi adlandıran şəxslər idarə edir. Çox qəribədir ki, Azərbaycan Gömrük komitəsinin sədri Aydın Əliyev və onun yerlərdəki səlahiyyətli nümayəndələri belə hallara göz yumurlar. Məktubla bağlı şikayətçi Q. Fətullayevlə də görüşdük. O bizə bildirdi ki, şikayət məktublarına hələ cavab almayıb.

Onu da qeyd edək ki, Astara gömrükxanasında əyləşən �monopolistləri� yerli məhkəmələr də dəstəkləyir. Adının çəkilməsini istəməyən Astara rayonunun Ərçivan kənd sakini bildirdi ki, İrandan qayıdarkən Astara gömrükxanasındakı �qoçu�lar

öz evi üçün aldığı ərzağı zorla onun əlindən alıblar. Mübahisə düşüb. �Monopolistlər� dərhal onu yerli məhkəməyə veriblər. Məhkəmə isə onu 10 sutka azadlıqdan mərhum edib.

İranda elə gündəlik tələbat malları var ki, bizdən xeyli ucuzdur. Buna görə də İrana gedən Azərbaycan vətəndaşları qayıdarkən özləri ilə az miqdarda ərzaq gətirirlər. Lakin Astara gömrükxanasında əyləşən, heç bir statusa malik olmayan �monopolistlər� bu ərzaqları adamlardan alıb anbara vururlar. Sonradan isə həmin ərzaqlar anbardan yoxa çıxır. Bu qeyri-rəsmi şəxslər tələb edirlər ki, yerli sakinlər İrandan əliboş qayıtsın. Nəticədə yerli bazarda kənd təsərrüfatı məhsulları gündən-günə bahalaşır. Hazırda pomidorun 1 kiloqramı 70, soğanın, kartofun 1 kiloqramı isə 70-80 qəpiyə qalxıb. İrandan kişmiş, xurma, banan, düyü, quru çay, xalça və sair gətrirmək isə az qala bakteroloji silah gətirmək qədər qorxulu və yasaqdır. Deyilənə görə, bu mallara nüfuzlu din adamları, nazirlər və Abdolbari Goozal nəzarət edir. Astara gömrükxanasında olan biabırçılıq az qala hər gün yüksələn xətlə artır. Vətəndaşlar haqlarını tələb edəndə �monopolist� deyir ki, burada qanun da mənəm, prezident də.

Ən maraqlısı isə odur ki, burada çalışan gömrük işçilərinin az qala yarısı hacı, yarısı kərbəlayı, bir qismi də məşədidir. Bunların bir çoxu oruc da tutur. Amma Mübarək Ramazan ayında da alıb-aldatmaqlarından, əliəyriliklərindən əl çəkmirlər. Ona görə bəziləri düşünür ki, bu adamlar insanları aldada bilsə də, Tanrını aldada bilməyəcək. Kasıbların, əlsiz-ayaqsızların malını əlindən alıb iftar süfrəsi açmaq isə kafirin işidir. Belə oruclar çətin ki, qəbul edilə.

Qoca 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10