Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. Şıxlar (Dağ Şıxları) kəndində iri gövdəli nil ağacı evin üstünə yıxılıb və həmin evin damı tam dağılıb


Cenub.az xəbər verir ki, 7 sentyabr 2022-ci ildə Masallı Rayonunun Qəriblər Ərazi Dairəsinə daxil Şıxlar kəndindən qəza baş verib. Belə ki, kənd sakini, 70  yaşlı Gülgəz Əsgərova Balabəy qızına məxsus evin üstünə iri gövdəli ağac yıxılıb. Qəza nəticəsindən evin dam örtüyü tam yararsız hala düşüb.

Xatırladaq ki, G. Əsgərova həyat yoldaşını bir neçə il öncə itirib. 1 övladı xəstədir.  Ailə 6 nəfərdən ibarətdir. 

Rayon Mənzil İstismar İdarəsinin müdiri Məhərrəm Əliyevdən aldığımız məlumata görə əraziyə qaldırıcı kran və digər texnika göndərilib. Olay İcra hakimiyyətinin nəzarəti altındadır. Yerli hakimiyyət orqanları, kənd xeyriyyəçilərə ailəyə lazımi köməklik göstərəcək.

Cenub.az Rəmzi Nəsirov










Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10