Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda məşğul və işsiz əhalinin sayı açıqlanıb: STATİSTİKA


Cənub.az-a Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda  bildirilir ki, rayonda 2022-ci ilin yeddi ayı ərzində məşğul əhalinin sayı 106192 nəfərdir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə  1778 nəfər və ya 1,7 faiz çoxdur.

 Məşğul əhalinin 14,6 faizi şəhər yerləri üzrə, 85,4 faizi isə kənd yerləri üzrə qeydiyyatdadır. Məşğul əhalinin 60,6 faizi kənd təsərrüfatı, 11,8 faizi ticarət, 5,3 faizi təhsil, 4,9 faizi tikinti və 17,4 faizi isə iqtisadiyyatın digər sahələri üzrə çalışanlardır. 

        Rayon üzrə işsiz əhalinin sayı isə 5737 nəfərdir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə  1041 nəfər  və ya 15,4 faiz azdır. İşsiz əhalinin 23,3 faizi şəhər yerləri üzrə, 76,7 faizi isə kənd yerləri üzrə qeydiyyatdadır.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10