Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

(Video və fotolar) Masallı. Qəriblər stadionu - Haqq və haqsızlığın savaşı - hesab “10”- “0”


4 ildən artıq davam edən, 50-I yaxın məhkəmə iclaslarında (onlarla müvafiq təşkilatlarda araşdırılan) baxılan bu savaş nəhayət haqqın qələbəsi ilə bitdi

Qəsəbə sakini, bu mübarizənin önündə gedən kənd sakini Hacı Cəsarətin bildirdiyinə görə 2018 ci il aprel ayının 7-dən, ta 2021-ci il noyabr ayının 29-na kimi 5—yə yaxın, bütün məhkəmə orqanları Qəriblər stadionunun qanunsuz satılmasını təsdiq edərək, alqı-satqı müqavilələrinin etibarsız və Çıxarışların ləğvi qərarını çıxararaq kənd ağsaqqallarının, gənclərinin və məktəblilərin arzu və istəkləri hüquqi müstəvidə bərpa edildi.


2022-ci il avqustun 31-də 2020 ci ildə stadionda qanunsuz tikililərinin sökülməsi üçün Masallı rayon məhkəməsi Ayaz Səlimovun hakimliyi ilə bu iş baxılmamış saxladı.

 Ali məhkəmə və Şirvan apelyasiya məhkəmələrinin Qərarlarından sonra isə işə yenidən baxıldı və 29 avqust 2022 ci ildə stadionda qanunsuz tikilən evlərin sökülərək idman meydancasının əvvəlki vəziyyətə gətrilməsi haqqında hökm çıxarıldı.

Burada qanunsuz tikililərin sökülməsi gün məsələsidir. 

Ortada yüzlərlə insanın nifrəti, mənasız yerə xərclənən pullar, sərf edilən əziyyətlər… Doğrudanmı, insan öz yurduna bu qədər qəddar ola bilərmi?

Bu həm də bəziləri üçün ibrət olmalıdır.

Qəriblər stadionundaa gənclərin futbol yarışlarına qatılacağı gün isə uzaq deyil.

Hazırladı: Zahir Əmənov, cenub.az

Mövzu ilə bağlı yazıların linkləri burada-

https://www.facebook.com/100024744487728/posts/pfbid09Uzv3yL3kGYg3pRXAsvajdA1KQNRhTB32cSvTUZUXDu4hWW3MViV6gnCMtkoTLxnl/






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10