Bakıda 314 nömrəli tam orta məktəbin 11B sinfindən məzun olan şagirdlər qəbul imtahanında uğurla çıxış ediblər.
Sözügedən sinifdə təhsil alan 20 şagirdin 20-si də tələbə adını qazanıb.
Bu uğura Gəncə Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbin 11B sinfinin şagirdləri də imza atıb. Sinifdə təhsil alan 17 məzun qəbul imtahanında uğur qazanıb.
Bundan başqa, Bakının Xətai rayonu 58 saylı tam orta məktəbin 11B sinfinin bütün şagirdləri də ali təhsil müəssisəsinə daxil olmaqla 100 faiz nəticə əldə ediblər.
Qeyd edək ki, bundan öncə Bakının Sabunçu rayonunda yerləşən 90 nömrəli tam orta məktəbin 11A sinfini bitirən bütün məzunların tələbə adını qazandığını xəbər vermişdik./qafqazinfo