Astara rayonunun Pensər kəndindəki Z.Əhmədzadə adına 2 nömrəli məktəb-liseyin şagirdi, dünyanın ilk onluğunda yer alan ABŞ-ın Massaçusest Texnologiya İnstitutunun (MIT) təqaüdünü qazanan Salman Hüseynov ilbəil uğurlarını genişləndirir.
Öncə Salman Hüseynovun olimpiada uğurları ilə tanış olaq:
▪ Respublika Fənn Olimpiadası, Biologiya, 2019 - Bürünc Medal (8-ci sinif)
▪ Respublika Fənn Olimpiadası, Kimya, 2020 - Gümüş medal (9-cu sinif)
▪ Respublika Fənn Olimpiadası, Kimya, 2021 - Qızıl medal (10-cu sinif)
▪ Beynəlxalq Kimya Olimpiadası, 2021 - Bürünc medal (10-cu sinif)
▪ Respublika Fənn Olimpiadası, Kimya, 2022 - Gümüş medal (11-ci sinif)
▪ Beynəlxalq Mendeleyev Kimya Olimpiadası, 2022 - Bürünc medal (11-ci sinif)
▪ Beynəlxalq Kimya Olimpiadası, 2022 - Bürünc medal (11-ci sinif)
Salman Hüseynov bu uğurlarına görə eyni vaxtdan dünyanın 3 reytinqli universtitinindən həmin ali məktəbin tələbəsi olmaq üçün dəvət alıb.
Onun qəbul olduğu universitetlər:
▪ MIT - Massachusetts Institute of Technology (Massaçüsetts Texnologiya İnstitutu, ABŞ)
▪ NUS - National University of Singapore (Sinqapur Milli Universiteti, Sinqapur)
▪ KAIST - Korea Advanced Institute of Science and Technology (Koreya Ali Elm və Texnologiya İnstitutu, Cənubi Koreya)
IELTS imtahanında 9 bal üzərindən 8, SAT imtahanında 1600 bal üzərindən 1520 bal toplayıb.
Salman 91 min dollar təqaüdlü ABŞ univeristetin seçib. Hazırda ABŞ-dadır. Məktəb bu təqaüd müqabində bütün təhsi xərcləri ilə yanaşı onun yataqxana, geyim, dərslik, qısası, bütün yaşam xərclərini ödəyir.
Salman Astarada müəllim ailəsində anadan olub. Atası, rayonun dəyərli pedoqoqlarından olan Zaman müəllimdir. İxtisasca kimya müəllimi olmaqla yanaşı, Astara 2 saylı tam orta lisey-məktəbin direktor müavinidir. Anası Hüseynova Samera isə ibtidai sinif müəllimidir.
Bir neçə il öncə Salmanın qardaşı Tərlan da bir sıra olimpiadaların qalibi olduqdan sonra Azərbaycan Dövlət Tibb Univeristetinə daxil olub, hazırda həmin aili məktəbin 3-cü kurs tələbəsidir.
Bu uğur münasibəti ilə Salmanı, onun valideynləri, eləcə də gəncliyimiz təbrik edirik.
Cenub.az. Zahir Əmənov