Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Tətildə olan ailə təyyarə qəzasında öldü


Almaniyadan olan bir ailə Namibiyaya tətilə gedib. Lakin təyyarə qəzasından sonra ailənin bütün üzvləri faciəvi şəkildə ölüb.

Cənub.az Oxu.Az-a istinadən xəbər verir ki, 59 yaşlı Tomas Rinqs, həyat yoldaşı 57 yaşlı Evelin və iki uşağı, 19 yaşlı Alisiya və 17 yaşlı Paulina ilə birlikdə İmpalila adasından paytaxt Vindhuka çatmaq üçün təyyarə kirayələyiblər.

Lakin havaya qalxdıqdan bir müddət sonra təyyarə Zambezi çayına düşüb. Hadisə şahidlərinin sözlərinə görə, turistlər batan qalıqların altından çıxa bilməyiblər. Səyyahlarla birlikdə təyyarənin pilotu Nikol Meyn də həlak olub.

Hadisə yerinə gələn təcili yardım xidmətləri ölənlərin cəsədlərini sahilə çıxarmağa müvəffəq olub.

Qəzanın səbəbləri araşdırılır.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10