Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda itlərin xüsusi məkanı olacaq


Bu məqsədlə 0,16 ha torpaq sahəsi ayrılıb

Cenub.az bildirir ki, son illər çox yerdə olduğu kimi Masallıda da sahibsiz itlər sakinlərin baş bəlasına çevrilib. Sahibsiz itlər onlara verilmiş “demokratiyadan” istifadə edərək hara gəldi sərilir, insanlara hücum çəkir, uşaqlara qorxu yaradır, antisantariyanı “çiçəkləndirir” və sair. İtlərin hücumuna məruz qalan qadınlar, uşaqlar da az olmayıb. Hələ sahibsiz itlər bir yana, sahibli itlərləbağlı bomba lətifələr demirik. (İtə müraciətlə -  filankəs, (mer) rədd ol)

Son vaxtlar Masallı şəhərində aparılan ciddi təmizlik işləri çərçivəsində bu məsələ də diqqətdən kənarda qalmayıb. Masallı Kommunal Təsərrüfat İstehsalat Birliyinin sədri Məhərrəm Əliyevin bizə verdiyi məlumata görə, İcra başçısı Araz Əhmədovun ciddi tapşırığına əsasən yaxın günlərdə bu sahədə olduqca nəzərəçarpacaq işlər görüləcək. Belə ki, rəhbərliyin tapşırığı və dəstəyi ilə bu məqsədlə Masallı şəhərinin ucqarında 0,16ha torpaq sahəsi ayrılıb. Yaxın vaxtlarda həmin sahə dəmir məftillərlə çəpərlənəcək, həmin əraziyə xüsusi işçi ayrılacaq və bütün sahibsiz itlər həmin məkana gətiriləcək. 

Yəqin ki, sahibsiz itlər problemi birdəfəlik həll olunacaq. Yaxın günlərdə dərs ilinin başlanacağı, azyaşlı uşaqların yollarda daha çox olacağını nəzərə alsaq, bu iş qısa müddətdə həllini tapacaq.

Məhərrəm müəllim cenub.az-a onu da bildirib ki, bu məsələ düşünüldüyü qədər də sadə deyil. Yüzlərlə itin bir məkanda yığılması, onların qidalanması, gigenik qaydalara əməl olunması, onların ulaşmasının, hürməsinin ətraf ərazilərdəki insanlara mənfi təsiri və sair məsələlər də diqqətdədir. 

İtlər üçün xüsusi məkanın harada yerləşəcəyini hələlik dəqiq açıqlamasaq da,  bütün hallarda bu problem yaxın günlərdə həllini tapacaq.

Cenub.az. Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10