Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

(Fotolar və video) Masallının Mərkəzi parkı - Heydər Əliyev parkı yenidən qurulur. İcra hakimiyyəti binasının qarşısındakı AT, Maral, Keçi fiqurları isə “gorbagor” oldu


Burada müasir tipli əyləcə qurğuları, ondan artıq yeni tipli kölgənəcəklər, həndbol meydançası qurulacaq, təxminən 500 yerlik açıq konsert meydanı da yeni üslubda təmir olunacaq.

Öncə sizi parkın yenidənqurmadan sonra dəyişəcək görkəmini əks etdirən bir neçə dəqiqəlik vido-çarxa baxmağa dəvət edirik.

Cenub.az bildirir ki, Masallı Rayonuna yeni təyin olunmuş icra başçısı Araz Əhmədovun hər bir addımı rayon sakinlərinin diqqət mərkəzindədir. Kadr dəyişikliklərindən sonra maraq doğuran məqam, əvvəlki İcra başçısı Şahin Məmmədovun külli miqdar (deyilənlərə görə 50 min manatdan artıq) vəsait hesabına İcra hakimiyyəti binasının qarşısında quraşdırdığı heyvan fiqurları yığışdırılıb, necə deyərlər “gorbagor” olub. Hazırda İcra hakimiyyəti binasının qarşısındakı meydan bom-boşdur. Qısası, sabiq icra başçısı Şahin Məmmədovun izləri silinir..

Şəkildə gördüyünüz 50 min manata başa gələn bu oyuncaq fiqurlar Mübarək Şadlıq sarayının qarşısına topalanıb. Sonrakı taleləri sual altındadır.

Parkdakı söküntülərdən görüntülər:

Paralel olaraq Heydər Əliyev adına parkda də ciddi yenidənqurma işlərinə start verilib. Belə ki, köhnə metlaxlar, eləcə də oturacaqlar, çardaqlar... sökülüb. Bəzi ictimai-iaşə ocaqları bağlanıb.

Bəs burada nələr olacaq?

Masallı İcra hakimiyyəti Başçısının şəhər üzrə nümayəndəliyinin arxitektoru Mahir müəllimdən aldığımız məlumatda bildirilir ki, park əsaslı şəkildə yenidən qurulacaq. Burada müasir tipli əyləcə qurğuları, yeni tipli kölgənəcəklər, həndbol meydançası, yeni, müasir üslubda kafelər, çayxanalar qurulacaq, buradakı təxminən 500 yerlik açıq konsert meydanı da yeni görkəm alacaq.

Həmçinin Parkdakı bina yeni görkəm alacaq.

Artıq parkda söküntü işlərinə başlanılıb.

Parkda abadlıq işlərini “Uğur” şirkəti aparır.

Cenub.az-ın yeni layihənin smeta dəyərini, bu işlər üçün nə qədər pul ayrıldığını öyrənmək cəhdləri uğursuz oldu..

Abadlıq işlərinin ilin sonuna kimi tamamlanacağı bildirilir.

Aşağıdakı şəkillərdə parkın layihəsinin görüntülərini təqdim edirik.

Yazıdan istifadə zamanı istinad vacibdir.

Cenub.az. Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10