Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Çin şirkəti robotu baş direktor təyin etdi


Mobil proqramlar və onlayn oyunlar hazırlayan Çinin “NetDragon Websoft” İT şirkəti baş direktor vəzifəsinə Tanq Yu adlı robotu təyin edib.

Bununla da o, rəsmi olaraq müdir kürsüsündə əyləşən dünyanın ilk robotu olub.

Robotun özü, texniki xüsusiyyətləri və xarici görünüşü haqqında mediada çox az məlumat var. Məlumdur ki, Tanq Yu süni intellektə malikdir. O, insanabənzər robot hesab olunur.

Çin şirkəti robotun bütün işçilərin fəaliyyətinə qərəzsiz və ədalətli qiymət verə biləcəyinə inanır.//Oxu.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10