“Mən 10 il bundan qabaq bu məsələni qaldırmışdım, əvvəl düşünürdüm ki, bu işlə az sayda adam məşğul olacaq. Amma getdikcə vəziyyətin lap ağırlaşdığını görürəm. Ona görə də hazırkı durumda fahişəliyin leqallaşdırılmasının qəti əleyhinəyəm”.
Bu sözləri hüquq müdafiəçisi Novella Cəfəroğlu Azərbaycanda fahişəliyin leqallaşdırılmasına dair səslənən fikirlərə münasibət bildirərkən deyib. O qeyd edib ki, əvvəllər bu məsələni dəstəkləsə də, hazırda bunun birmənmalı olaraq əleyhinədir:
“Fahişəlik yolu ilə çox xəstəliklər yayılır, cavanlar xəstəliyə düçar olurlar. Amma bu gün mən fahişəliyin leqallaşdırılmasıyla razı deyiləm. Biz bunu leqallaşdırsaq, evlilərin yarısı fahişəxanalarda oturacaq. Çünki bu iş ən asan pul qazanılan sahədir. Buna görə də bu işlə məşğul olanlar artıb. Bunu kimlər deyirsə, bunu düşünmək əvəzinə normal bir mühit formalaşdırsınlar. Şəhər qızlarının əksəriyyəti onsuz da barlardadır. Rayonlardan da gənc qızlar Bakıya gəlib iki-üç gün pul qazanıb gedirlər. Bu ən asan pul qazanmaq yoludur. Bu məsələni çox ciddi şəkildə hökümətin qarşısında qaldırmaq, nəyin bahasına olursa-olsun, bunu çözmək lazımdır. Bunu nəinki leqallaşdırmaq, bu işlə məşğul olanları cəzalandırmaq lazımdır. Çünki bu məsələnin həllinin başqa yolu yoxdur. Mən apardığımız monitorinqlər nəticəsində dəhşətli situasiyalarla qarşılaşmışam. Ananın öz əlləri ilə qızlarını satdığını görmüşəm. Ondan niyə belə etdiyini soruşanda deyib ki, sən kimsən?! Mənə çörək alacaqsan?! Maddi durumum çətindir. Bu hansı milli dəyərdir? Bu halları ictimailəşdirsinlər, aktual etsinlər. Biz cəmiyyət olaraq nələrsə etməliyik. Bunun yollarını tapa bilməsəm də, deyə bilərəm ki, insanların sosial durumu ağırdır, işsizlik tüğyan edir. Bunu aradan qaldırmaqdan ötrü insanları işlə təmin eləmək lazımdır Fahişəlik ən asan pul qazanmaq yoludur.
Bayaq vurğuladığım ananın qızını satması məqamı da daxil, əksəriyyət bunu maddi imkansızlıqla əlaqələndirir. Bununla heç razı deyiləm. Çünki müharibə vaxtı vəziyyətimiz qat-qat bundan çətin idi. Analarımız, atalarımız müharibədə olanda kənddə-kəsəkdə çətinliklə işləyib övladlarına baxırdılar. Bir daha vurğulayıram ki, bu, asan pul qazanmaq yoludur. Çünki bizim qızlarımız gözəl geyinmək, yaxşı ətir vurmaq istəyirlər. Heç bir halda fahişəliyi leqallaşdırmaq olmaz.
Sovet hökumətinin vaxtında hamı altı aydan tibbi müayinədən keçirdi. Bu gün fahişəliyi leqallaşdırmaq təklifi yerinə, hər kəsin tibbi müayinədən keçməsi tələb olunmalıdır. Mən 80 ildir ömür sürürəm. Həyatın hər üzünü görmüşəm. Ömrümün 60 ilini bu cəmiyyətin içində yaşamışam. Olmaz! Bunu təklif edənlər qələt edir. Mən kişinin iki həyat yoldaşının olmasına razı olaram, amma fahişəliyin leqallaşmasını qətiyyən istəmirəm”.
Novella Cəfəroğlu sonda Azərbaycanda əxlaq polisinin yaranmas təklifinə də münasibət bildirib:
Azərbaycanda əxlaq polisinin olsa, gərək, küçədə əl-ələ gəzən adamlar da əxlaqsızlığa görə ittiham olunub tutulsun. Əxlaq polisi demokratik dövlətdə qurulmalıdır. Deputatları ora niyə yığmışıq?! Bütün bu məsələləri müzakirə olunmalıdır. 30 ildir Azırbaycanı başqa dövlətlərin yanında "malalamaqdan" bezdim”.
İmamət İSMAYILOVA/yenisabah.az