Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lənkəranda Təhsil Bayramı




Müqayisəli rəqəmlər. Bölgə üzrə 600 baldan çox toplayanlar.

 Ən əsası. Lənkəran-Astara Regional təhsil idarəsi son illərlə müqayisədə orijinal bir tədbirə imza atdı

Öncə rəqəmlərə nəzər salaq:

  1. Bölgə üzrə 68 nəfər 600-dən  yuxarı (onlardan biri mübahisəlidir) bal toplayıb.. 

Bu məzunlardan 51-i 600-650 arası bal yığıb.

Onlardan 19 nəfəri Lənkəranın, 16 nəfəri Masallının, 8 nəfəri Cəlilabadın, 5 nəfəri Astaranın, 2 nəfəri Lerikin, 2 nəfəri Yardımlının payına düşür.

  16 nəfər 650 baldan yuxarı bal yığıb ki, onların da 9-u Lənkəranın (+19= 28), 3-ü Masallının (+16=19),  3 nəfər Cəlilabadın (+8= 11), 1 nəfər Yardımlının (+2=3),  5 nəfəri Astaranın, 2 nəfər Lerikin payına düşür.

Bölgə üzrə ən yüksək, 680 bal yığan Lənkəran Rayonunun Separadi Tam Orta Məktəbinin şagirdi Axundzadə Nihad Qədir oğludur.

(Siyahılar yazının sonuna əlavə olunub). İndi isə sizə tədbir haqqında ümumi məlumatı təqdim edirik:

Avqustun 30-da Lənkəran şəhər Mədəniyyət Mərkəzində2021-2022-ci tədris ilindəLənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrini gümüş və qızıl nişanla bitirən,ali təhsil müəssisələrinə qəbul imtahanında 600 baldan yüksək nəticə göstərən və Respublika Fənn Olimpiadasının  qalibi olan məzunların mükafatlandırma tədbiri keçirilib. 

 

Mükafatlandırılma tədbirində müxtəlif nominasiyalar üzrə, ümumilikdə, 99 məzun iştirak edib:

  1. 600 baldan yüksək nəticə göstərən 68 məzun
  2. Respublika Fənn Olimpiadalarında qalib olmuş 24 şagird
  3. Orta məktəbi qızıl medalla bitirən 2 şagird 
  4. Orta məktəbi gümüş medalla bitirən 5 şagird
  5. Amerika Birləşmiş Ştatlarının nüfuzlu universitetlərinə təqaüdlə qəbul olan 2 şagird.

 

Tədbirdə Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı və Yardımlı  rayonları üzrə yerli icra hakimiyyətlərinin nümayəndələri, Lənkəran Regional Mədəniyyət mərkəzinin müdiri, regionda fəaliyyət göstərən ali təhsil ocaqlarının, kollec və peşə liseylərin müdirləri iştirak edib. 

 

Tədbir Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri cənab Elxan Nəcəfovun çıxış nitqi ilə açıq elan edilib. Ümumtəhsil müəssisələrini uğurla bitirmiş məzunlara müxtəlif hədiyyələr və təltifnamələr təqdim olunub.Lənkəran Dövlət Universitetinin rektoru prof. Natiq İbrahimov Respublika Fənn Olimpiadasında I yerə layiq görülmüş, “TK MMC”-nin müdiri Emin Bağırov isə ümumtəhsil müəssisələrini qızıl nişanla bitirmiş 2 məzunu xüsusi hədiyyələrlə təltif edib.

 

Tədbirin bədii hissəsində Lənkəran şəhər 16 nömrəli körpələr evi-uşaq bağçasının fidanları, respublika   incəsənət festival-müsabiqəsinin qalibi Cəlilabad rayonun Kazımabad kənd tam orta  məktəbin şagirdi Cəfər  Əliyev,respublika  incəsənət festival-müsabiqəsinin zona  mərhələsinin   qalibləri - Astara  şəhər  3nömrəli   tam orta  məktəbin şagirdi Şəbnəm  Məmmədova,   Lerik şəhər 1nömrəli texniki –fənlər təmayüllü liseyin şagirdi Nübar Fərəczadə, Lənkəran şəhər  4nömrəli  humanitar təmayüllü  məktəb-liseyi və  Cəfər   Cabbarlı  adına 1nömrəli uşaq musiqi  məktəbin şagirdi Məhti  Nəsirzadəhəmçinin, Masallı şəhər UGİM-nin dərnək  üzvü  Mehdi   Nağıyev çıxış ediblər.

 


 Cenub.az. Rəmzi Nəsirov

 

LƏNKƏRAN-ASTARA REGİONAL TƏHSİL İDARƏSİ
 RAYONUN ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNİN ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ QƏBUL İMTAHANLARINDA
 650 BALDAN YUXARI NƏTİCƏ GÖSTƏRƏN ŞAGİRDLƏRİ HAQQINDA MƏLUMAT
SnMəktəbin adıŞagirdin adı,soyadı,ata adıTopladığı bal
1Lənkəran şəhər 10 N-li tam orta məktəbHüseynzadə Fatimə Seymur650
2Lənkəran şəhər 4 N-li tam orta məktəbHəbibli Məcid Cəfər652
3Masallı rayon Miyankü kənd tam ortaMirzəyeva Ləman İlqar653,8
4Yardımlı rayon Alçabulaq kənd tam orta məktəbNərimanlı Nurəddin Cabir657
5Cəlilabad rayonu Kazımabad kənd tam orta məktəbiMirzəyeva Fidan Anar657,7
6Lənkəran şəhər 6 N-li tam ortaRəhimli Nəzrin Rahim658
7Cəlilabad rayonu Seyidbazar kənd tam orta məktəbiAbdullayeva Gültac Məzahir659
8Masallı rayon Həsənli kənd tam ortaMəmmədzadə Nurtac Mətləb660
9Lənkəran rayon Viravul kənd 2 N-li tam ortaNıəsirov Şahin Nəsir660
10Masallı rayon Türkoba kənd tam ortaBabayev Elnar Elnur663,6
11Cəlilabad rayonu 8 saylı məktəb-liseyMəmmədov Məhəmməd Yaşar665
12Lənkəran Şəhər 10 N-li tam ortaRüstəmzadə Ruslan Rüstəm669
13Lənkəran rayon Şürük kənd tam ortaƏsgərova Gülay Pərviz672
14Lənkəran şəhər 6 N-li tam ortaƏsgərli Ziya Cəmil672
15Lənkəran şəhər 5 N-li tam ortaMəmmədzadə Şahin Nüsrət679
16Lənkəran rayon Separadi kənd tam orta məktəb Axundzadə Nihad Qədir680

 

 

 

LƏNKƏRAN-ASTARA REGİONAL TƏHSİL İDARƏSİ
 RAYONUN ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNİN ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ QƏBUL İMTAHANLARINDA
 600-650 BAL ARASI NƏTİCƏ GÖSTƏRƏN ŞAGİRDLƏRİ HAQQINDA MƏLUMAT
SnMəktəbin adıŞagirdin adı,soyadı,ata adıTopladığı bal
1Masallı rayonu Həsənli kənd tam orta məktəbiQuliyev  Şahnur Şikar600
2Cəlilabad rayonu Kazımabad kənd tam orta məktəbiAğayeva Şəms Rövşən 600,7
3Lənkəran şəhər 8 N-li tam orta məktəbMəmmədova Ləman Sehran601
4Cəlilabad rayonu Günəşli kənd 1 nömrəli tam orta məktəbAğayev Nicat Fariz 601,4
5Masallı şəhər 3 nömrəli tam orta məktəbAğazadə Amin Cavid 602,7
6Astara şəhər 3 nömrəli tam orta məktəb Mirzəyev Vüqar Yadigar603
7Vəlixanlı kənd tam orta məktəbHeydərli Həsrət İsaxan604
8Lerik rayon Bülüdül kənd tam orta məktəbBayramova Lətifə Səadətqulu604
9Masallı rayonu Öncəqala kənd tam ortaVəliyev Hilal Gündüz 605,2
10Masallı rayonu Miyankü kənd tam ortaBağışov Zaur Məmmədrza 605,6
11Masallı rayonu Boradigah qəsəbə 1 nömrəli tam ortaAbbasov Səbuhi Cəlal606
12Lənkəran Şəhər 7 N-li tam ortaSəmədzadə Rüfət Səid606,3
13Astara şəhər 1 saylı tam ortaHəsənzadə Mehriban Rəşad608
14Lənkəran Gərmətük qəsəbə tam ortaƏbilov Şamil Famil608
15Lənkəran şəhər 6 N-li tam ortaSadıxov Hikmət Elçin611
16Cəlilabad rayonu Uzuntəpə kənd 1 nömrəli tam orta məktəbVəlizadə Kənan Valeh 611,5
17Masallı rayonu Çaxırlı kənd tam ortaAllahyarlı Nilufər Vüsal612
18Lənkəran Səpnəkəran kənd  tam orta məktəbZəkəriyayeva Maya Bəxtiyar612
19Astara Suparibağ kənd tam ortaƏskərova Məleykə Əskər614
20Masallı rayonu Viləş kənd tam ortaBinyətov Musa Fəxrəddin614,3
21Masallı rayonu Şəhər 3 nömrəli tam ortaAbdullayev Mirəli Nofəl616,8
22Lənkəran Şirinsu kənd tam orta məktəbNovruzlu Nuranə Saleh617,3
23Masallı rayonu Sığdaş kənd tam orta məktəbiƏbilova Gülsabah Çingiz618
24Lerik rayon Rvarud kənd tam orta məktəbiQurbanov Şahin Bəxtiyar618,2
25Cəlilabad rayonu Təzəkənd kənd tam orta məktəbiMəmmədli Teymur Nəsimi 619,6
26 Lənkəran Şəhər 6N-li tam ortaƏsədli Fərəhxanım Rahid620
27Lənkəran Şilavar kənd tam ortaBabayev Murad Məhəmməd621
28Lənkəran Bəlləbur kənd tam orta məktəbHəsənli Asiman Firdos621
29Lənkəran  Sütəmurdov kənd tam ortaƏlizadə Muhəmməd Kamran621,7
30Yardımlı Şəhər 1 saylı tam orta məktəbRəhimli Mehman Zaur622
31Yardımlı Arus kənd tam orta məktəbƏsgərli Nadir Emil622
32Lənkəran Girdəni kənd tam ortaKazımov  Abbas Hicran622
33Lənkəran Viravul kənd 1 N-li tam ortaAğayev Nəriman Məlik622
34Cəlilabad rayonu Kazımabad kənd tam orta məktəbiAğayeva Zeynəb Namiq622,6
35Masallı rayonu Hişkədərə kənd tam ortaCəfərzadə Xəzər Araz 623
36Lənkəran şəhər 10 N-li tam ortaHüccətzadə Mehin Ramin624
37Cəlilabad rayonu Şatırlı kənd tam orta məktəbiMəlikov Asim Cavid 626,3
38Cəlilabad rayonu Uzuntəpə kənd 1 nömrəli tam orta məktəbMəmmədzadə İsmayıl Elşən 632
39Masallı rayonu Boradigah qəsəbə 2 nömrəli tam ortaŞükürova Zəhra Fərhad634
40Lənkəran şəhər 10 N-li tam ortaƏsədzadə Jalə İlqar634
41Masallı rayonu Boradigah qəsəbə 2 nömrəli tam ortaNağiyev Əli Fail635
42Masallı rayonu Hişkədərə kənd tam ortaİsmayılova Təbibə Dönməz635
43Lənkəran rayon Rvo kənd tam ortaŞərbətzadə Əmrah Təbriz637
44Astara şəhər 1 saylı tam ortaDadaşova Günel Hüseyn638
45Lənkəran Şağlakücə kənd tam ortaQurbanzadə Nəsir Ehram639
46Masallı rayonu "Dəfinə" məktəb Liseyiİsmayılova Səbiyyə İsmayıl640,8
47Cəlilabad rayonu Kazımabad kənd tam orta məktəbiBabayeva Röya Anar 641,5
48Masallı rayonu Təzəkənd kənd tam ortaSəfərova Məleykə Məlik643
49Lənkəran şəhər 6 N-li tam ortaRzazadə Murad Pərviz644
50Astara rayon Ərçivan qəsəbə 2 saylı tam ortaƏbilov Boli Vüqar645
51Masallı rayonu Təzə Alvadı kənd 1 nömrəli  tam ortaCəfərova Günel Əligüşat645
52Lənkəran rayon Osakücə kənd tam orta məktəbMirzəyeva Suzana Müşfiq647

 








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10