İşğaldan azad edilmiş Laçın rayonunda tikilən yeni hava limanının maketinin görüntüləri yayılıb.
Sosial şəbəkələrdə paylaşılan fotolarda hava limanının dispetçer qülləsi, əsas terminal binası, dayanacaq və uçuş-enmə zolağı görünür.
Qeyd edək ki, hava limanının təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub.
Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2024-cü ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacaq.
Aeroportun beynəlxalq standartlara uyğun olaraq layihələndirilən terminal binasının sahəsi 5000 kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edə biləcək.
Laçın Beynəlxalq Hava Limanında yaradılacaq şərait ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək.
Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir.
Bizim.Media