Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı şəhərinin “mer” i ​ və müavininin vəzifəsindən kənarlaşdırıldığı xəbəri yayıldı


Masallıda gözlənilən “yarpaq tökümü” başladı.

Bu gün, avqustun 27-də yayılan məlumata görə Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı Şəhər üzrə nümayəndəsi Əbülfəz Nuriyev,  eləcə də “JEK” adlanan Masallı Mənzil İstismar idarəsinin rəisi Zaur İbrahimov öz ərizələri ilə daşıdığı vəzifələrindən azad edilib. Bir neçə gün öncə isə Masallı Kommunal Təsərrüfat İdarəsinin (Kommunxozun) rəhbəri Xudayar Həsənov vəzifəsi ilə vidalaşmışdı. Həmçinin "mer"in müavinin Rəşad Dadaşovun da vəzifəsi ilə vidalaşdığı bildirilir.

Qarşıda daha iri “balıqları” eyni taleyi yaşayacağı gözlənilir.

Bəs, bu şəxsləri kimlər əvəzləyəcək?

Cenub.az. Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10