Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Kimin sualı var? Sualları Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov cavablandıracaq


Suallar bu ilin avqustun 31-i, saat 24-dək qəbul ediləcək.

Xəbər verdiyimiz kimi, Lənkəran şəhərində 10 gün öncə LARTİ-nin müdiri Elxan Nəcəfov bölgə jurnalistləri ilə görüş zamanı verdiyi vədi – onunla müsahibə vədini reallaşdırmaq üzrədir.

Elxan müəllimlə söhbətimiz daha tutumlu, daha əhatəli olsun deyə, alacağımız müsahibə əsasən izləyicilərimizin sualları əsasında qurulacaq.

Təbii ki, izləyicilərimizlə yanaşı jurnalist kimi bizim də suallarımız olacaq. Lakin əsas hədəf məqamlara münasibət sizin suallarınız əsasında cavablandırılacaq.

Çox xahiş edirik ki, fərdi xahişlərdən, şikayətlərdən daha çox əksəriyyətin maraqlarını əhatə edən, təhsilimizin inkişafına, uğurlu islahatlara təkan verən, problemləri səmimiyyətlə qabardan, sevgi dolu, qərəzdən uzaq suallara daha çox diqqət yetirəsiniz. 

Suallar bu ilin avqustun 31-i, saat 24-dək qəbul ediləcək.

Xahiş edirik, sualları açıq FB səhifəsinə yox, 050 322 75 23-ə, Votcap nömrəmizə, eləcə də [email protected] ünvanına göndərəsiniz. Sualın başlığına LARTİ – müsahibə yazmağı unutmayın.

Bir şəxs bir neçə sual verə bilər.

Müsahibənin neçə alınacağından asılı olmayaraq, mətbuata belə açıq, səmimi münasibət sərgilədiyi üçün Elxan müəllimə təşəkkür edirik.

İnanırıq ki, bu, digər təşkilatlara da məmurlarla əsil mətbuat işçilərinin səmimi əməkdaşlığının bariz nümunə olacaq.

Beləliklə, əziz izləyicilər, suallarınızı gözləyirik.

Cənub.az saytı. Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10