Lerik rayonunun Soru kəndində anadan olmuş, Ramil Hüseynovun təsis etdiyi Yeni Yol partiyası bu gün Ədliyyə nazirliyində qeydə alınmşdır.
Xatırladaq ki, Ramil müəllim uzun müddətdir ki, siyasi fəaliyyətlə məşğuldur. Son parlament seçkilərində Lerik 72 saylı DSK-dən deputatlığa namizəd olmuş, cəsarətli çıxışları, obyektiv və ciddi təhlilləri ilə yadda qalmışdır.
Yeni Yol partiyasının artıq 3 mindən artıq üzvü var. Onların sırasında bölgəmizdən olan fəallar daha çoxdur.
Ramin müəllimi və tərəfdaşlarını təbrik edir və inanırıq ki, ölkəmizdə nüfuzlu və daim çəkisini qoruyan bir partiya başqanı olacaq, daim xalqın ürəyindən gələnlərinin siyasi meydanda tərcümanına çevriləcək.
Uğurlar.
Cenub.az. Rəmzi Nəsirov