Zabux və Sus kəndləri nəzarətə götürülüb
Azərbaycan Ordusu Laçın şəhərinə yerləşib. AYNA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Twitter" səhifəsində paylaşım edib.
Paylaşımda deyilir: "Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!"