Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Torpağımızda qanunsuz məskunlaşmış hayklarsız Zabuxdan son görüntülər...-VİDEO


Sosial şəbəkələrin erməni seqmentində "Ermənistan" adlanan oyuncaq dövlət tərəfindən 30 ildən çox müddətdə işğal altında saxlanılmış Laçın rayonunun Zabux kəndindən son görüntülər yayılıb.


Görüntülər News.am nəşri tərəfindən paylaşılıb.

Artıq Zabux küçələrində heç bir hayk görünmür.... Və kənd, eləcə də saf sulu Zabux çayı 30 ildən çox həsrəti ilə yaşayan əsil sakinlərini - Azərbaycan türklərini gözləyir....

Erməni nəşrləri bu kadrları həyasızcasına "Azərbaycan erməni kəndində növbəti etnik təmizləmə apardı" cümləsi ilə müşayiət edir. Biz isə təmiz vicdanla bəyan edirik:  BMT, digər beynəlxalq təşkilatlar, dünya dövlətləri tərəfindən Azərbaycan Respublikası ərazisi kimi tanınmış Kəlbəcər, Ağdam, Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl və s.  yaşayış məntəqələrimiz kimi Laçın şəhəri, Zabux da, Sus da on illərlə davam edən işğal müddətində qanunsuz məskunlaşmış işğalçı  xislətli hayklardan azad olunur...

Sultan Laçın/Moderator.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10